Kimya müəllimi Mədinə Nəbili: " Öz işimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"

- Mədinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən həm məkəbdə, həm də abituryentlərlə məğul olan kimya müəllimiyəm.Əvvəllər müəllimlik etməyə heç zaman həvəsim olmayıb.Böyük səbr və zəhmət ələb etdiyini öz müəllimlərindən görmüşdüm.Hər zaman da onlara bu şətin işi acardıqlarına görə böyük rəğbət bəsləmişəm.Ancaq zamanla bu sahənin çətinlkləri ilə bərabər gətirdiyi uğurların şirinliyini və özü ilə bərabər qzandırdığı hörmət, heç bir sahədə qazanmağın mümükün olmadığını gördüm.Qazandığım dəyər və hörmət heç bir məvciblə ölçülməyəcək qədər dəyərli və uca olduğu üçün işimə sevgim ilə davam edirəm.
- Neçə ildir bu sahədəsiz?
- Artıq 5 ildirki, fasiləsiz şəkildə müəllimlik edirəm. Hər il əvvəlkindən daha yaxşı pedaqoji və psixoloji təcrübə toplamağa , gənclərimizi daha böyük uğurlara aparmağı hədəfləyirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?
- Öz ixtisasımı daima inkişaf etdirmək yönündə daima yenilikləri izləyir, xarici ədəbiyyatlarla maraqlanlram.İşim əsasən yeniyetmələrlə olduğu üçün, onların yaş dövrünün şətinliklərini keçə bilərək dərslərə daha diqqətlə yanaşa bilmələri üçün yeniyetmə psixologiyası ilə də yaxından maraqlanıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Şagirdlərimizin vətənpərvər ruhda özünə və cəmiyyətimizə faydalı şəkildə yetişmələrinə çalışıram. Çünki vətəni sevməyən bilikli alimlər onun əlehinə çalışa bilər. Fənnimi daha dərindən sevdirib mənimsətmək əsas prinsipimdir.
- Bir mütəxəsis olaraq nəyə “yox” deyirsiz?
- Düşünürəm təhsil sistemində nəyəsə “yox” demək mənim üstümə düşən vəzifə deyil, mən sadəcə təklif edə bilərəm.
- Son zamanlar nə ilə bağlı daha çox müraciətlər olur?
- Şagirdlər əsasən kimya fənninin çox çətin olduğunu düşünürlər. Ancaq mən onların bu ön yarğısını qıra bilirəm.
- Xarakter olaraq necə birisiniz?
-Özümə qarşı çox tələbkar olduğumu düşünürəm.
- Ailəlisizinimi?
- Bəli, ailəliyəm.
- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki, .. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki, bu sahəyə gələndən sonra illərlə qalıb işləmək istəyəcəm və bu qədər çox sevəcəm.
Əlaqə nömrəsi: (051) 411 79 22