Jalə Mirsaab layihəsi tibb və təhsildə birgə integrasiya çərçivəsində ikinci əməkdaşlıq görüşü keçirildi.

11.02.2025 tarixində Dövlət Yeni Klinikasında Jalə Mirsaab layihəsi tibb və təhsildə birgə intəgrasiya çərçivəsində ikinci əməkdaşlıq görüşü müvəffəqiyyətlə həyata keçirildi.
Bu gün elm, təhsil və tibb dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir.
Müasir dövrdə davamlı inkişafın əsasında təhsilin və elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən, respublikada elm siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyevin kursunu uğurla və ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Eləcə də Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən elm və təhsilin inkişaf etdirilməsi, əldə edilən nailiyyətlərin beynəlxalq aləmdə təbliği və yayılması istiqamətində mühüm işlər görülmüşdür.
Tibb və Təhsil də birgə inteqrasiya layihəs çərçivəsində ikinci əməkdaşlıq görüşü.Mövzu.
İNNOVATİV YANAŞMALAR.
1) Tədrisin elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında təşkili.
2) Təhsil alanların elmi nailiyyətlərə yiyələnməsi.
3) Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməs.
Məqsədimiz.
Ülkər Psixologiya Mərkəzi olaraq tibb və təhsil mütəxəssislərini bir araya getirerek elmi məlumatlari birgə paylaşım etmək .
Son illər fəaliyyətimiz tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olmaqdır.