"Henz Travel"in direktoru Aytən Tağıyeva: "İş prinsipim müştəri məmnuniyyətini ön planda tutmaqdan ibarətdir"

- Aytən xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Salam, Cavidan bəy ilk öncə sizə təşəkkürümü bildirirəm...
Mən bu sahəyə 2020-ci ildə gəldim. O dövrdə turizmlə bağlı təhsil almağa başladım və bu sahənin məni nə qədər cəlb etdiyini hiss etdim. Sadəcə bir iş kimi deyil, həqiqətən ruhuma yaxın bir peşə olduğunu dərk etdim. Turizmdə təkcə turlar təşkil etmək deyil, insanlara unudulmaz xatirələr yaşatmaq, onların həyatına müsbət toxunuş etmək var.
Səyahət etməyi, yeni yerlər və mədəniyyətlər kəşf etməyi həmişə çox sevmişəm. Bu sevgini peşəyə çevirmək mənim üçün böyük bir addım idi. Turizm sahəsini özüm seçdim, çünki burada monotonluq yoxdur, hər gün yeni insanlarla tanış olmaq, fərqli hekayələr eşitmək və fərqli təcrübələr yaşamaq mümkündür. Bu sahədə həm iş təcrübəsi qazandım, həm də öz şəxsi inkişafımı davam etdirdim.
Bu yolda ən böyük dəstəkçim ailəm olub. Xüsusilə də anam! O, hər zaman mənə inanıb, dəstək verib və bu sahədə irəliləməyim üçün məni motivasiya edib. Mən də onun bu dəstəyini həmişə hiss etmişəm və uğurlarımı ailəmə həsr edirəm.
Turizmdə uğurlu olmaq üçün təkcə peşəkar biliklər kifayət deyil, həm də insanlarla düzgün ünsiyyət qurmaq, onların ehtiyaclarını anlamaq lazımdır. Mən də bu bacarıqları inkişaf etdirmək üçün daim öz üzərimdə çalışıram. Bugün isə artıq həm turizm sahəsində çalışıram, həm də bu bilikləri başqalarına ötürmək üçün təlimlər və seminarlar təşkil edirəm.
Ən böyük arzularımdan biri tələbələrimin uğurlu turizm mütəxəssislərinə çevrilməsidir. Mənə verilməyən şansları mən tələbələrimə verəcəm! Hər zaman onların yanında olacağam və ən yaxşı turizmçi olmaları üçün əlimdən gələni edəcəyəm.
Bundan əlavə, şəhid ailələrinin və qazilərin övladlarına təmənnasız turizm dərsləri keçirəm. Bu, mənim üçün sadəcə bir sosial məsuliyyət deyil, həm də bir borcdur. Onların gələcəyinə kiçik də olsa töhfə vermək mənim üçün böyük qürurdur.”
- Neçə ildir ki, bu sahədəsiniz?
- Mən praktiki olaraq artıq 3 ildir ki, fəaliyyət göstərəm. 2022-ci ildən etibarən praktiki fəaliyyətə başladım. İlk olaraq praktika çərçivəsində işlədim və bu müddət ərzində real iş proseslərini yaxından öyrənmək imkanım oldu. Turizm sahəsində yalnız nəzəri biliklər kifayət etmir, müştəri xidməti, menecment və bazar analizini praktikada tətbiq etməyi də öyrənmək lazımdır.Artıq bu sahədə həm iş təcrübəm var, həm də öz biznesimi qurmuşam.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda "Henz Travel"da direktor olaraq fəaliyyət göstərirəm. Bu şirkətin böyüyəcəyinə və turizm sahəsində önəmli bir yer tutacağına inanıram. İşimə çox məsuliyyətlə yanaşıram, müştərilərimizin ehtiyaclarını nəzərə alaraq onları razı salmağa çalışıram. Eyni zamanda turizm sahəsində müxtəlif seminarlar və təlimlər keçirirəm, bu təlimlərdə tələbələrə turizm bazarını, satış strategiyalarını, müştəri xidməti və səyahət planlaşdırılmasını öyrədirəm. Turizm dərslərini həm onlayn, həm də praktiki olaraq təşkil edirəm. Bu işi böyük həvəs və sevgi ilə edərək həm özümü, həm də sahəmi daha da inkişaf etdirmək üzərində çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim müştəri məmnuniyyətini ön planda tutmaqdan ibarətdir. Həmçinin, işimdə şəffaflıq və dürüstlük əsasdır. Müştərilərimlə olan əlaqələrdə onların ehtiyaclarını tam şəkildə başa düşməyə çalışıram və onlara ən yaxşı xidmətləri təqdim etmək üçün əlimdən gələni edirəm. Eyni zamanda, komandamla birlikdə hər zaman yeni biliklər əldə edərək, turizm sahəsində yenilikləri izləyir və bu yenilikləri müştərilərimizə təqdim edirik.Həm şəxsi, həm də peşəkar inkişafımı davamlı olaraq ön planda saxlayıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq mən dürüstlükdən və etik prinsiplərdən kənara çıxmağa Yox deyirəm. Həm müştərilərimlə, həm də iş yoldaşlarımla qarşılıqlı hörmətə və şəffaflığa əsaslanaraq əlaqələr qururam. Mütləq şəkildə keyfiyyətli xidmət təklif etməyə və hər hansı bir yalançı vədlər verməməyə qarşıyam. Eyni zamanda, mənə və komanda üzvlərimə zərər verə biləcək hər hansı bir qeyri-peşəkar davranışa və ya işdəki laqeydliyə də Yox deyirəm. Yalnız dürüst və peşəkar yanaşmalarla işimi daha da inkişaf etdirmək istəyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olur?
- Son zamanlarda mənə ən çox turizm və səyahət xidmətləri ilə bağlı müraciətlər olunur. Müştərilərim, xüsusilə Dubay və İstanbul kimi istiqamətlərə səyahət planlaşdırılması, otel seçimi və fərdi qrup turları ilə bağlı suallar verir. Eyni zamanda, onlayn turizm təlimləri və seminarları ilə bağlı da maraq böyükdür.
- Xarakter olaraq nəcə birisiniz?
- Xarakter olaraq məsuliyyətli, çalışqan və dəqiqəm. İşimi sevərək edirəm və həmişə yüksək standartlara uyğun işləməyə çalışıram. Mənim üçün dürüstlük və etika çox önəmlidir, hər zaman düzgün qərarlar verməyə çalışıram. İnsanlarla yaxşı ünsiyyət qurmağı bacarıram, həm iş yoldaşlarım, həm də müştərilərimlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qururam. Eyni zamanda, problem həll etmə qabiliyyətim güclüdür və çətin vəziyyətlərdə sakit qalaraq doğru qərarlar verə bilirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm ailəm mənim üçün çox önəmlidir və onun dəstəyi ilə həyatımda hər şey daha mənalı olur. Ən böyük şansım həyat yoldaşımdır. Onun dəstəyi və anlayışı mənim üçün çox qiymətlidir. İşimdə də ailəmin mənə verdiyi dəstək çox önəmlidir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara əsasən məsləhətim odur ki, həyatda hər zaman öz məqsədlərinə doğru irəliləsinlər. Təhsil və inkişaf hər bir insanın həyatında mühüm rol oynayır. Öz potensialınıza inanıb, hər zaman yeni biliklər əldə etməyə çalışın və həyatda hər zaman bir addım irəliləyin. Məqsədlərinizə çatmaq üçün heç vaxt əzmkarlıqdan imtina etməyin.
Xüsusilə qızlarımız üçün isə, təhsil almaq və öz həyatlarına yön vermək çox önəmlidir. Qızlarımız, yalnız ailə və evlə bağlı məsuliyyətlərlə deyil, həm də öz gələcəkləri üçün müstəqil bir yol seçməlidirlər. Təhsil alaraq, işləyərək və öz sahələrində uğur qazanaraq, həm özlərini, həm də cəmiyyətə dəyər qatacaqlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahəyə gəlmək mənim üçün gözlənilməz bir təcrübə idi. Əvvəlcə bu qədər böyük bir səyahət və turizm sahəsində fəaliyyət göstərmək, həmçinin insanlarla təmasda olmaq mənim ağlıma gəlməzdi. Lakin zaman keçdikcə bu sahənin mənim üçün nə qədər vacib və maraqlı olduğunu dərk etdim. Həm təhsil, həm də praktika ilə bu sahəni öyrəndikcə, işin içində daha çox həvəs və sevgi tapdım. Bu günə qədər gəldiyim nöqtə, həm özüm üçün, həm də başqaları üçün böyük bir inkişaf yoludur.
Əlaqə nömrəsi: (051) 704 65 97