Gənc psixoloq Nərmin Hümbətova uşaqlardakı aqressiyadan danışdı

Son dövrlərdə məktəbli, yeniyetməlik çağında olan uşaqlarda aqressiya hallarının artdığını müşahidə edirik. Onların ailə üzvlərinə qarşı kobud davranış sərgiləmələri, məktəbdə, küçədə həmyaşıdlarına, yaxud özlərindən kiçik və ya böyük uşaqlara güc tətbiq etmələri, qəddar cəza üsullarına əl atmaları, hətta bu hərəkətləri ilə öyünərək çəkib paylaşmaları və bu kimi tez-tez rastlaşdığımız digər xoşagəlməz hallar hər bir valideyndə, ümumiyyətlə cəmiyyətimizdə böyük narahatlıq və təşviş yaradır.
Bəs övladlarımız niyə aqressivdir? Onları belə davranışlara vadar edən səbəblər hansılardır? Uşaqların psixoloji sağlamlığının pozulmaması üçün nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı suallarımızı bu sahə üzrə ölkənin ən peşəkar mütəxəssislərindən olan Psixoloq yazar , Mərkəzin rəhbəri Nərmin Hümbətova cavablandırır.
Uşaqdakı aqressivliyin iki əsas səbəbi var:Özünə diqqət çəkməyə çalışmaq: Belə uşaqlar böyüklərin diqqətsizliyindən əziyyət çəkirlər. Buna görə də tez-tez ağlayır, qışqırırlar. Onlar diqqət çəkməyin başqa yolunu bilmirlər.İstədiyinə nail olmaq: Məqsədinə çatmaq üçün qışqırmaq tək çıxış yoludur. Onlar istədikləri oyuncağa sahib olmaq, şirniyyat yemək üçün qışqırırlar. Buna görə də belə uşaqlara nəyisə qadağan edəndə onun səbəbini izah edin.
Uşaqlarda aqressivliyə səbəb olan amillər: • Uşaqların internetdən çox istifadə etməsi, döyüş oyunları oynaması.• Ailədə valideynlərin tez-tez dalaşması, səsini ucaltması.• Uşağı döymək, məktəbdə onun üstünə çox getmək.• Doğuş zamanı beynin zədələnməsi.
Uşaqlardakı aqqresivliyin səbəbləri və onun aradan qaldırılması:
1. Hiperaktiv və aqressiv uşaqHərəkətli uşaqda disiplin yaratmaq o qədər də asan deyil. Belə hal qapalı şəraitdə böyüdülən uşaqlarda aşkarlanır. Onlar cəmiyyət içinə çıxanda əsəbi, davakar olurlar. Bu cür uşaqlarla sakit danışmağa çalışın. Onlara səhvlərini özlərinin etiraf etməsini öyrədin. Uşaqda özünəsevgi, başqasına rəhm etmək, böyüklərdən çəkinmək, təbiəti sevmək hisslərini aşılayın.
2. Əsəbi və küsəyən uşaqKüsəyənlik uşaqdakı çatışmamazlıqdan yox, çətin tərbiyədən irəli gəlir. Uşaqla çoxlu vaxt keçirməyə, səs-küylü oyunlar oynamağa çalışın. Zor tədbiq edilən anlarda isə nəzakətli olun.
3. Dəlisov hərəkətlər və əsəbƏgər uşaq tez-tez valideynlərinə qışqırırsa, demək münasibətlərdə problem var. Siz uşağınızla az ünsiyyətdə olur, ona diqqət ayırmırsınız. Uşaq darıxır, məşğul olmağa heç nə yoxdur. Bütün hirsini isə valideyndən çıxmağa çalışır.
4. Əsəbi – hissiyatsız uşaqBəzi uşaqlar da var ki, onlarda mərhəmət hissi yoxdur. Buna səbəb ailə tərbiyəsinin düzgün olmamasıdır. Anadan və ya atadan soyuqluq görmək, uşaqda paxıllıq hissini oyadır. Beləcə, körpə başqa qayğısı çəkilən uşaq görəndə, onu döyməyə can atır. Belə uşaqlar ətrafındakını döyür, heyvanlarla pis davranır, evi dağıdır. Uşağın yanında heyvanları sığallayın, dağıdılan əşyalara mərhəmətlə yanaşın. Ona başqalarına kömək etməyi öyrədin.
Əlaqə nömrəsi: 0553152007
@İnistagram:psixologiya.academy
@psixoloq.narmish