"Mənfiləri yox et, uğur qazan!" VIII qrant layihə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan Cəbrayıl rayonu Böyük Mərcanlı kənd K.Məmmədov adına tam orta məktəbin müəllimi Xəlilova Şahanə Rafael qızının "Mənfiləri yox et, uğur qazan" adlı layihəsinin əsas fəaliyyət planına uyğun olaraq layihəyə cəlb edilmiş 4-cü, 9-cu və 11-ci sinif şagirdlərinə "Şagird psixologiyası" mövzusunda təlimçi psixoloq Nigar Gülməmmədli tərəfindən təlimlər keçirilmişdir. Təlimlər Cəbrayıl rayonu Böyük Mərcanlı kənd K.Məmmədov adına tam orta məktəbində təşkil edilir.
Təlimdə şagirdlərin baş verən hadisələrə, qarşılaşdıqları problemli situasiyaları müzakirə edilmiş, hadisələrə yanaşma tərzinə temperament tipinin, həmçinin yaşın əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda şagirdlərin emosional və sosial sahənin inkişafı dəyərləndirilmiş, empatiya,dostluq münasibətlərinə yanaşmalarını müəyyən etmək məqsədilə çalışmalar işlənmişdir
Qeyd edək ki, layihənin məqsədi 4-cü, 9-cu və 11-ci sinif şagirdləri üçün effektli psixologiya proqramından istifadə edərək onların davranış problemlərini aradan qaldırmaq və sağlam sosial münasibətlər qurmağı təşviq etməkdir.