Pedaqoq Turan Məmmədova: "İş prinsipim gördüyüm işin yüksək nəticəsini əldə etməkdən ibarətdir"

- Turan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ali məktəbə daxil olanda bilirdim ki, pedaqoq olacağam. Universitetin ikinci kursunda oxuyarkən öz qonşumuz müraciət etdi. Onu ali məktəbə təmənnasız hazırlaşdırdım. Universitətə daxil oldu. Bələliklə, mən bu sahəyə gəldim. Hal-hazırda Azərbaycan, rus və ingilis dillərinitədris edirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 26 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən ixtisasca filoloq olduğuma görə hər hansı bir dili öyrəndikdən sonra mən onu tədris etmək iqtidarındayam. Buna savadım və bacarığım çatır. Ona görə də qeyd etdiyim üç dili tədris edirəm. "Landau", "Oksford school", " Dünya school" kimi məktəblərin şagirdlərinə ev tapşırıqlarını etməkdə kömək edirəm və "Qeyd edim ki, mən şagirdlərə həm də onlayn dərslər keçirəm. Ümumiyyətlə, mənim iş spektrım çox genişdir. Mən bir istiqamətdə dərs demirəm. Tələbələrimin mənə göstərdiyi etimad və qazandığım uğurlar məni işimi şaxələndirməyə sövq etdi.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsan var ki, sadəcə dərs deyir, insan da var ki, pedaqoqdur. Bu iki söz arasında yer-göy qədər fərq var. Adam var ki, dünyaya gələndə hansısa bir peşə artıq onun qanında olur. Mən də damarlarında pedaqoqluq axan müəllimlərdənəm. Mənim iş prinsipim gördüyüm işin yüksək nəticəsini əldə etməkdən ibarətdir.
- Sizi bir pedaqoq kimi digərlərindən fərqləndirən nədir?
- Həmişə çalışıram və məqsədim olub ki, mənə müraciət edən insanlar, məndən ilk olaraq şərtlərimi deyil, zamanımın olub-olmadığını soruşurlar. Mənə "çox xahiş edirik, Turan xanım, bizə vaxt ayırın, boş saatınız olan kimj xəbər edin, gözləyəcəyik" deyə müraciət etsinlər. Və çox şükür ki, öz mükəmməl işimin sayəsində buna nail olmuşam.
- Bir mütəxəsis olaraq nəyə "yox" deyirsiniz?
- Mən 4-5 şagirdi bir qrupa yığıb, hamsına eyni rakursdan yanaşmağa "yox" deyirəm. Çünki hər bir şagirdə individual yanaşılmalıdır. Onda nəticələr də yaxşı olur.
- Xasiyyətcə nəcə birisiniz?
- İşimdə də, həyatda da, həddən artıq humanist, sözün əsl və yaxşı mənasında prinsipial, yeri gələndə çox mülayim və həddən artıq tələbkar (həm özümə, həm də qarşımdakına qarşı) bir insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm, 1 oğlum var. Allah hamının balasını saxlasın.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahəyə gələrkən ağlıma gəlməyən bir şey olmayıb. Yənə də deyirəm, Allah məni pedaqoq olaraq yaradıb. Ağlıma gətirdiyim, istədiyim, arzuladığım nə varsa, hamısına nail olmuşam. Bu yola çox nailiyyətlər əldə etmişəm. İnşallah, bundan sonra da edəcəyəm.
[b]Əlaqə nömrəsi: (050) 797 74 34