Klinik psixoloq Zəhra Hüseynzadə kimdir?

Zəhra Hüseynzadə 1989-cu ildə Azərbaycan Respublikasının Cəlilabad şəhərində dünyaya göz açıb, 2006-cı ildə orta məktəbi, 2012-ci ildə ali məktəbin bakalavr pilləsini bitirib.
Bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2018-ci ildə İstanbul Aydın Universitetinin Ümumi psixologiya, 2019-cu ildə isə Təbriz Dövlət Universitetinin Klinik psixologiya fakültəsinə daxil olmuşdur. O, 2021-ci ilin fevralında Klinik psixologiya üzrə magistr elmi dərəcəsi almış, 2023-cü ildə isə eyni ixtisas üzrə doktorantura təhsilini bitirmişdir.
Akademik təhsildən əlavə, təxminən iki min saatlıq ixtisasartırma kurslarında iştirak etmiş Z. Hüseynzadə psixoloq fəaliyyəti ilə yanaşı, peşəkar psixoloji kursların təlimi ilə də məşğuldur. O, mükəmməlçilik mövzusunda monoqrafiya olan “Daha yaxşının ziyanları” və praktik təhsil psixologiyasına dair “Əlaçı valideyn” kitablarının müəllifidir. Üçüncü kitabı isə “Evlilik hekayələri” adlanır və hazırda çapa hazırlanır.
Zəhra Hüseynzadə Bakı Qızlar Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təcrübə proqramlarında, Azərbaycan Tibb Universitetinin tələbə dərnəklərinin “Şəxsiyyət psixologiyası”, “Asan xidmət” könüllülərinin “Özünəinam”, habelə özünün təşkil etdiyi “Mindfulness – Şüurlu fərqindəlik” və digər təlim və seminarlarda təlimçi olmuşdur.
Ailəlidir, bir övladı var.
İştirak etdiyi ixtisasartırma kursları:
CBT/Superviziya – 200 saat
Superviziya (II) - 150 saat
Cütlük psixoterapiyası – 150 saat
Şəxsiyyət psixopatologiyası – 100 saat
Dialektik Davranış Terapiyası – 20 saat
Şematerapiya – 40 saat
Şematerapiya (II) – 40 saat
Mindfulness texnikaları – 12 saat
Şüurlu fərqindəlik (Mindfulness) – 12 saat
Mindful hipniterapiya – 8 saat
Qəbul və Öhdəlik Terapiyası (ACT) - 40 saat
Təhsil psixoloqu - 60 saat
Psixiatrik dərmanlarla tanışlıq - 8 saat
Xəyanət psixologiyası – 12 saat
Özünütanıma I və II – 80 saat
Psixosomatik xəstəliklərin terapiyası – 80 saat
Uşaq və yeniyetmələr üçün:
Koqnitiv-davranış terapiyası – 170 saat
Psixoloji bacarıqlar - 24 saat
Özünəinam və ictimai bacarıqlar - 8 saat
Hadisə sonrası təşviş və OKP – 18 saat
Tərslik və aqressivliyin diaqnostika və terapiyası – 12 saat
Valideynlərin boşanmasında psixoterapiya - 8 saat
Öyrənmə pozuntularının diaqnostika və terapiyası - 8 saat
Uşaq davranışlarının idarəsi – 18 saat
Və sair.