Pedaqoq Elnaz Miriyeva: "Peşəmi bu dərəcədə sevəcəyim ağlıma gəlməzdi"

- Elnaz xanım necə olduki bu sahəyə gəldiniz?
- Uşaqlıq illərimdən təlimə və tədrisə olan marağım ,valideynlərimin məni bu sahədə görmək istəməsi məni daha da bu peşəyə həvəsləndirdi.
- Neçə ildir ki,bu sahədəsiniz?
- 4 illik bakalavr həyatımda repititor fəaliyyəti göstərmişəm. Təhsilimin son ilində isə rəsmi şəkildə ingilis dilini tədris etməyə başlamışam .Təxminən 3 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?
- İngilis dilini hər işə uyğun xüsusi təlim metodu ilə tədris edirəm. Online və əyani şəkildə danışıq dərsləri tədris edilir, conversation edirəm. Abituruyentlərin dərs vəsaitlərini özləri ilə paylaşır və valideynləriylə tez-tez əlaqə saxlayıram. Öz təlimimi sosial şəbəkədə paylaşıb daha çox insanların faydalanmasına kömək edirəm.
-İş prinsipiniz nədən ibarətdir?
- Dəqiqlik, məsuliyyətlilik, adekvatlıq yaşından asılı olamayaraq bütün tələbələrin şəxsi-psixologiyasının nəzərə alınması əsas iş prinsipimdir.
- Bir mütəxəsis olaraq nəyə yox deyirsiz?
- Tələbələrə məsuliyyət yox, emosiya yükləmək lazımdır. Onların təkcə müəllimi yox ən böyük dəstəkçisi, idealı olmalıyıq.
- Son zamanlarda sizə daha çox nəylə bağlı müraciət olunur?
- Danışıq dərsləri və abituruyent hazırlıqlarıyla bağlı müraciət olunur. Çünki keyfiyyətimiz göz önündədir.
- Xarakter olaraq necə birisiniz?
- Çalışqan, inadkar, pes etməyən bir xarakterim var. Nə olursa olsun, istədiyim şeyi etməkdən əl çəkmirəm. Hər zaman özümün ən yaxşı versiyası olmağa çalışıram. Ətarfımda , həyatımda olan insanlardan köməyimi əsirgəmirən. Hər zaman pozitiv olub ətrafımdakı insanlara müsbət enerji ötürürəm.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsüz?
- Əgər bir dil öyrəniriksə, onu həyatımızın bir parçası etməliyik.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Gözdədiyimdən daha səbirli, təmkinli olacağımı, peşəmi bu dərəcədə sevəcəyimi və tələbələr tərəfindən də həddindən artıq seviləcəyimi düşünməzdim.
Əlaqə nömrəsi: (077) 747 09 19