Psixoloq Şirin Məmmədli: "Əsas iş prinsipim hər bir seansın sonunda nəticə əldə etməkdir"

- Şirin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində hər şey mənim anatomiyaya olan marağımadan başladı. Anatomiyaya olan marağımın əsasında beyinə və təkamülə olan marağım dayanırdı. Beşinci sinifdən etibarən nəzəriyyələrlə maraqlanırdım. Burada mənə maraqlı bir sual qalırdı ki, bəs ruh və psixika necə təkamül edib? Bu sual məni axırda psixologiyaya gətirdi və neyropsixologiya və psixologiya sahəsi ilə dərin maraqlanmağıma səbəb oldu. Beləliklə, psixoloq oldum.
- Nə zamandan bəri bu sahədə fəaliyyət göstərirsiniz?
- Təhsil aldığım illərlə bərabər mən artıq üçüncü kursdan könüllü şəkildə 1 saylı ruh və əsəb dispanserində praktikaya başlamışam. Çünki mən klinik psixologiya və neyropsixologiya sahəsi üzrə fəaliyyət göstərmək istəyirdim. Mənə ağır xəstələr daha çox maraqlı idi. Buradakı insan psixologiyasının maraqları diqqətimi çəkirdi. Ona görə də, təhsil illərimdən başlayaraq fikrimi ağır xəstələrin üzərinə yönəltmişdim.
- Öz sahəniz üzrə hansi işləri icra edirsiniz?
- Mən yeniyetmələr və böyüklərlə işləyirəm. Yeniyetmələrlə psixoloji gərginklik zamanı psixoloji korreksiya işləri, kleptomaniya, potoloji yalançılıq, DƏHb və s. kimi yeniyetməlik problemləri ilə işləyirəm. Böyüklərdə isə əsasən cütlük terapiyaları aparıram. Cütlüklər arasında baş verən psixoloji gərginliyin korreksiyasını edirəm. Bir də ki, hər bir yetkin insanın psixoloqa müraciət etməsi üçün özünəməxsus səbəblərinin olduğunu biz təcrübədə görürük. Hal-hazırda fərdi və qrup terapiyaları qəbul edirəm. Eyni zamanda, Amerika psixoloqlar assosasiyasının üzvüyəm. Elmi araşdırmalarda iştirak etməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipim hər bir səansın sonunda nəticə əldə etməkdir. Pasiyentdə olan ən xırda dəyişiklikləri bütün detallarıyla izləmək və bilmək istəyirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İlk növbədə saxtakarlığa "yox" deyirəm. Psixologiya üzrə bakalavr təhsili olmadan adının qarşısına psixoloq yazanların, seans kəçənlərın, insanları şəfalandırdıqlarıni iddia edənlərin əleyhinəyəm. Çünki bu "seanslar", " "terapiyalar" heç bir işə yaramır. Ona görə də insanlar psixoloq seçərkən diqqətli olmalıdırlar.
- Son zamnalarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda cütlük problemləri ilə daha çox qarşılaşıram. Burada bizim əsas məsələmiz xarakterlər arasında anlaşılmazlıqlar, uzlaşma problemləri və digər problemlərdir. Biz seanslar vasitəsilə cütlüklər arasında empaty yaratmaq və ya bir ailənin dagılmağının qarşısını almaq üçün əlimizdən gələni edirik.
- Xarakter olaraq necə birisiniz?
- Sakit, səbirli, təmkinli biriyəm. Həddindən artiə empaty qurmağı bacaran insanam. Hər kəsin, hər vəziyyətin detaylarına eyni anda baxib, yadımda saxlaya bilirəm. Bu da ən sevdiyim xüsusiyyətlərimdən biridir.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Elə psixoloqları izləyin ki, onlar həqiqətən də psixoloq olsunlar. Bələ deyim, bir cütlük terapistinin həyat praktikası özünün evli olması olmasın. Heç kim cütlük terapiyası terapevti olanda özü evli olub, sonra orada yaşadığı problemlərdən çıxartdığı nəticəyə əsasən cütlük terapevti olmur. Məsələn, mən asılılıq psixoloqu olmaq üçün, gərək ömrümün bir hissəsini narkoman olum, sonra gəlib asılılarla işləyim. Amma terapiya belə deyil. Psixoloq hansısa bir problemi öz üzərində təcrübədən keçirtmək məcburiyyətində deyil. Ona görə də, psixoloq seçərkən onun təhsilinə, danışığına və gətirdiyi arqumentlərə fikir verin.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bütün həyatımızın psixologiya olması ağlıma gəlməzdi. Heç vaxt düşünməzdim ki, həyatın hər bir anında, hər bir hissəsində mən psixologiyanın bir parçasını, onun tarixi inkişaf yolunu görəcəyəm. Qeyd edim ki, psixologiyanın tarixi inkişafını görmək istəyirsinizsə, bir uşağın uşaqlıqdan böyüyənə qədər inkişaf yoluna baxın. Orada psixologiyanın bütün inkisaf detallarını biz çılpaq gözlə görə bilərik. Bu da bir psixoloqun öz sahəsindən zövq alması üçün yetərli bir səbəbdir.
Əlaqə nömrəsi: (051) 374 48 45