Defektoloq-loqoped, şüuraltı terapist Sevgi Fətəli: "İşimi düzgün və vicdanla yerinə yetirmək əsas iş prinsipimdir"

- Sevgi xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- 2019-cu ildən bu sahədəyəm. Yaşadığım ağır təcrübələr sayəsində özümü burada tapdım, ruhumu və travmalarımı şəfalandırdım. Daha sonra minlərlə dəyərli insanın həyatına toxunaraq onlara dəstək oldum və bu yolda irəliləməyə davam edirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 6 ildir. Karyeramda əsas yüksəliş isə pandül seanslarımla baş verdi.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən yaşam kouçu və şüuraltı terapistəm. Travmalar, münasibətlər, bolluq və bərəkətlə bağlı seanslar keçirirəm. Eyni zamanda Reiki kanallığı üzrə Grandmasterəm. Şamanizm, JAAS, ThetaHealing, Access Bars, Pandül, Regressiya, Mələk terapiyaları, Sadhu və burada sadalanmayan digər enerji kanallıqları ilə işləyirəm. Bununla yanaşı, dişil enerji və bolluq-bərəkət sahəsində dərin biliklərimə əsaslanaraq öz yağ markamı yaratmışam. Bu yağları xüsusi enerjilərlə kodlayaraq hazırlayıram. Hər bir yağ illərlə qazandığım bilik və təcrübəmin məhsuludur.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimi düzgün və vicdanla yerinə yetirmək mənim üçün ən önəmli prinsiplərdən biridir. İnsanların məmnuniyyəti və əldə etdikləri nəticələr məni xoşbəxt edir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Başqalarının enerji sahəsinə icazəsiz müdaxilə etməyə və alma-vermə balansının pozulmasına qəti şəkildə “yox” deyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda seanslarıma daha çox bolluq-bərəkət, dişil enerji və neqativ enerjidən təmizlənmə mövzularında müraciətlər edilir.
- Xarakter olaraq necə birsiniz?
- Açıq etiraf edim ki, əvvəllər səbrsiz biri idim, lakin illər ərzində bu xüsusiyyət üzərində işləyərək daha səbrli, əyləncəli və disiplinli biri oldum.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz dəyərinizi və gücünüzün fərqində olun və ruhunuza yatırım edin.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikiri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, toxunduğum hər bir insanla aramda bu qədər güclü bir bağ yaranacaq və sevgi görəcəyəm.
Əlaqə nömrəsi: (070) 600 04 29
İnstagram: @sevigfeteliii