Pedaqoq Gülsən Ağayeva: "Ağlıma gəlməzdi ki, şəhid Ruhid İslamlının müəllimi olacağam"

- Gülşən xanım, ecə oldu ki, bu sahəyə gəldiniz?
- Qeyd edim ki, heç bir zaman müəllim olmağı arzulamamışam. İxtisasım coğrafiyaşünaslıqdır. 2006-ci ildə 605 balla Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşam. Bu illərdə tələbə qəbulunun prinsipi belə idi ki, şagirdlər imtaha daxil olmamışdan öncə ixtisas seçimi edirdilər, sonra isə imtaha daxil olurdular. Mən də bu istiqamətdə birinci ixtisas seçimi edərkən indiyə qədər də düzgün seçim etmədiyimi düşünürəm. Çünki mən topladığım balla ikinci qrupda iqtisadiyyat yönümlü ixtisaslara qəbul ola bilərdim. Bu dövrdə şagirdləri bu baxımdan şanslı hesab edirəm. Çünki indi abituriyentlər əvvəlcə imtahana daxil olurlar, sonra isə topladıqları bala görə ixtisas seçimi edirlər. Bu da onlara bir addım öndə olmağa kömək edir. Bir sözlə, mən müəyyən səbəblərə görə müəllim kimi fəaliyyət göstərməyə başladım. Zaman keçdikcə, şagirdlərin sevgisini qazandım və bu sahəyə həvəsim getdikcə artmağa başladı. Digər sahələrlə müqayisədə bu işin daha çox qadın üçün uyğun olduğunu düşündüm. Yaxşı ki, müəllim olmuşam. İşimi və şagirdlərimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 14 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Bu illər ərzində yüzlərlə şagirdimin sevgisini qazanmışam. Məzun olan şagirdlərimin illər sonra məni gördükdə sevinclə qarşılamaqları bu sahəni mənə daha sevdirməyə başlayır. İllər keçdikcə şagirdlərimi müxtəlif vəzifələrdə gördükdə qürur duyuram, onlarla fəxr edirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hazırda 281 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mən istərdim ki, şagirdlər ixtisas seçimində düzgün addım atsınlar. Hər bir insan öz gizli istedadını ortaya çıxartmağı bacarmalıdır. Bu gün bizim cəmiyyətdə uğur qazanmağın kifayət qədər yolları var. İnsan sevdiyi sahə üzrə çalışdıqda, uğura gedən yolları özü axtarıb tapır. Bu yolda nə qədər çətinliklər olsa da, seçdikləri sahəyə olan həvəs, sevgi bu çətinliklərin öhdəsindən gəlməyi asanlaşdırır. Şagirdlərimin öz xarakterlərinə uyğun olmayan, öz bacarıqlarını rahat şəkildə göstərə bilmədikləri sənəti seçmələrinə hər zaman "yox" demişəm. Onları bu istiqamətdə bacardığım qədər doğru yönləndirməyə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Hərdən dərs prossesi zamanı şagirdlərin davranışlarına baxıram. Onlara hansı vəzifənin yaraşacağını, hansı işdə uğur qazana biləcəklərini qəfil, zarafatyana söyləyirəm. Bu da onlarada marağa səbəb olur. Ona görə də digər şagirdlər də məndən onların xarakterinin hansı peşeyə uyğun olduğunu soruşurlar. Bələ görürəm ki, şagirdlərin indi ən çətinlik çəkdikləri mövzu da məhz budur. Onların başları kitab, test, termin əzbərləməyə o qədər qarışıb ki, özlərini kəşf etməyə, hansı istiqamətdə getməli olduqlarını düşünməyə zamanları qalmır. Ona görə də öz ixtisasının peşəkarı olan mütəxəssislər tapmaq çətinləşib. Təəssüflər olsun ki, şagirdlər öz biliklərini bacarığa çevirməkdə çox cətinlik çəkirlər. Bu da onlarda özgüvənsizlik və ruh düşkünlüyü yaradır.
- Xarakter olaraq nəcə birisiniz?
- Sakit və səbirli bir insanam. Müəllim üçün vacib olan ən vacib amillərdən biri də onun təmkinli olmağı bacarmağıdır. Nə qədər səbirli olsam da, heç vaxt haqsızlıq və ədalətsizlik qarşısında susmamışam. Heç bir zaman da susmayacağam. Hər bir insan öz sözünü deməyi bacarmalıdır.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görərdiniz?
- Əllərinə düşən hər fürsəti görsünlər və dəyərləndirməyi bacarsınlar. Bəzən bizim əlimizə fürsət düşür, amma biz onu görmürük. Zaman keçdikdən sonra onu görməyə başlayırıq. Onda isə gec olmuş olur. Ona görə də hər bir insan bu gününü doya-doya yaşamalıdır. Bir də onu dəmək istərdim ki, hər bir insan ilk növbədə özünə güvənməlidir. Çünki öznə güvənən insan həyatda uğur qazanır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gələmzdi ki, qəlbimizdə əbədi yaşayacaq şəhid Ruhid İslamlının müəllimi olacağam.
Əlaqə nömrəsi: (055) 656 89 92