Təlimçi - Psixoloq Leyla Əhmədova: "Mənim üçün ən vacib olan gördüyüm işin nəticəsini almaqdır"

- Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Elə tələbə olduğum dönəmdə Cənub Regional Teleziyasinda aparıcı, redaktor vəzifələrində çalışmışam. Daha sonra Dünya TV də aparıcı vəzifəsində çalışmışam. Sonra TV sahəsində tamamilə uzaqlaşib öz ixtisasına məşğul olmağa başladım. Əslində, iki ixtisasim var. İlk ixtisasım, Alman dili və Ədəbiyyatı muəllimliyidir. 2008-2012 ci illər ərzində Lənkəran Dövlət Universitetinin Alman dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışam. Yəni, İlk ixtisasım pedaqoq olub. Bu sahə üzrə dil kurslarinda çalışmışam. Ama, özümü heç vaxt bu sahəyə aid hiss etməmişəm. Nə isə bir tamamlanma axtarışında olmuşam. Özümü tapmamışam bir sözlə, desək. Və müəyyən bir müddətdən sonra ailə qurdum, işimdən uzaqlaşdım, ana oldum. Ana olduqdan sonra artıq uşaq psixologiyası haqqında araşdirmalar etməyə başladım. Getdikcə, yetişkin psixologiyası ilə bağlı araşdırmalar apardım və beləliklə bu sahəyə maraq oyandı məndə. Onu da qeyd edim ki, alman dilindən əlavə ikinci dilim ingilis dilidir. Ve zamanında alman dili ilə yanaşı özəl bağçalarda və kurslarda ingilis dili müəllimi kimi də çalışmışam. Və bir sözlə, uşaqlarla işləmə təcrübəm var idi artıq.Artıq öz üzərimdə işləmə zamanım gəlmişdi. Peşəkar Psixoloq olmaq , insanlara yardım etmək, fayda toxundurmaq istədim. Və beləliklə, 1 illik Psixologiya kursuna qatıldım. İkinci təhsilimi aldım. Bununla yanaşı bir çox müxtəlif seminarlarda və təlimlərdə iştirak etdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 3 ildir ki, bu sahə üzrə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə təlimlər keçirəm, tələbələr yetişdirirəm. Və pasientlərin psixoloji problemləri ilə məşğul oluram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan gördüyüm işin nəticəsini almaqdır. İşimi və sənətimi çox sevirəm. Bir də dürüst işləmək əsas iş prinsipimdir. İnsanlara əlimdən gəldiyi qədər kömək edirəm.insanlara gözəl xidmət göstərmək borcumuzdur. İnsanlara sağlamlıq bəxş etmək mənə zövq və xoşbəxtlik verir. Tələbələrimiz də hər şeyi termin olaraq deyil, həm də praktik olaraq öyrətməyi üstün tuturam.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Heç bir əziyyət çəkmədən öndə olan insanlara "yox" deyirəm! Əsasən insanlar uğur qazananda öz uğurudur deyir. Qazanmasında isə ətrafdakıların günahlandırır. Uğur kimi uğursuzluqlar da bizimdir. Artiq 3 ildir ki, bu sahədə çalışıram. İnsanların demək olar ki, 70-80 faizinin müəyyən qədər də olsa, psixoloji problemləri var. Bir problem olduğu zaman mutexeləssisə müraciət etməyə, problemin böyüməsinə göz yummağa "yox" deyirəm! Tələbələrimiz də özüm kimi yetişdirməyə çalışıram. Əsasən də, xanımlarımızın gözəl, baxımlı olması üçün çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar depressiya, həyəcan, yuxu pozgunluqlari, sinir sisteminin qeyri normal fəaliyyəti, panik atak, əsəb problemləri, təşviş, əhval ruhiyyə pozuntulari, tez- tez dəyişən hava şəraitinə uyğunlaşa bilməyən insanlar, valideynin əsasən uşaqların diqqətini toplaya bilməkdə çəkdiyi çətinliklər, autizm, daun sindromu, nitq geriliyi, kəkələmə, ailə münasibətləri və munaqişələri və s. kimi problemlərlə bağlı müraciətlər daha çox olur.
- Xarakter olaraq nəcə birisiniz?
- İlk əvvəl bir pedaqoq psixoloq olaraq onu deyim ki, xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, səliqəli və ya pinti, qəddar və ya ürəyi yumşaq olaraq doğulmur. Bu kimi keyfiyyətləri həyatda tipik şəraitin, təlim və təhsilin sayəsində əldə edirik. Bu əlamətlər insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və müxtəlif şəraitlərdə özünü göstərməyə başlayır. Özümə gəldikdə isə, mukəmməliyyərci bir insanam, buna bağlı olaraq liderlik xüsusiyyətinə malikəm. Utancaq və qapalı biriyəm. Səs-küylü ortakları sevmirəm Kənar insanlarla fazla səmiyyətə meyilli deyiləm. Real insanam. Kitab oxumağa üstünlük verirəm.
- Ailəlisinizmi?
- Bəli, aiəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, çox oxusunlar, çox çalışsınlar. Bu söz şablondur, ama, hər kəsə sağlam qidalanma və sağlam həyat tərzi məsləhət görürəm. Oxuculara məsləhət görmək istərdim ki, bir işi görmək istəyirsinizsə, bu gün görün, sabaha saxlamayın. Valideynlərə demək istəyirəm ki, müəllimlərə guvənsinlər və etibar etsinlər, çünki, müəllimlik müqəddəs peşədir. Məsləhət görərdim ki, insanlar sağlamlıqlarına diqqət etsinlər, çünki sağlamlıq ən gözəl nemətdir. Hansı sahədə olursunuzsa, olun, birinci özünüzə sonra ətrafınızdakılar qarşı dürüst olun. Nəyi xəyal edirsinizsə, o məqsədə çatmaq üçün çox çalışın. Ümid edirəm ki, arzularınıza çatarsınız. Və məsləhət görürəm ki, daim özləri üzərində işləsinlər!
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Heç ağlıma gəlməzdi ki, ətrafda insanlar çoxaldıqca insan yalnızlaşır və insanlar məni bu qədər sevəcək. Ağlıma belə gəlməzdi ki, bu yaşımda bu sahəyə gələcəm. Və bu sahədə belə gözəl işlər bacaracam. Tələbə vaxtı heç ağlıma gəlməzdi ki, nə vaxtsa mənə "müəllimə" deyəcəklər.
Əlaqə nömrəsi: (051) 663 18 99