Mbt mütəxəssisi Seymur Quliyev: "Uşaqların inkişafını təmin etmək əsas is prinsipimdir"

- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Əvvəlcə, hər kəsə salam! Bu sahədən demək olar ki, əvvəllər məlumatım yox idi. Yaxın dostumun yoldaşı tanınmış mərkəzlərdən birinin icraçı direktorudur. Sağ olsun, o məni bu sahə ilə tanışdırdı və öz işlədiyi mərkəzdə öyrənməyi təklif etdi. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Orada mənə bu işi öyrədən, artıq neçə illərdir bu sahə üzrə aparıcı mütəxəssislərdən olan İsmət müəllimlə tanış oldum. Sağ olsun, o da bu sahə üzrə çox şeyi mənə öyrətdi.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Mən bu sahəyə yeni gəlmişəm. Artıq 1 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışıram. Bu qrupa autizm, daun, əqli və psixoloji geriliyi olan və s. uşaqlar aiddir. Bu uşaqların da hər birinin özünəməxsus xüsusiyyətləri olduğu kimi diaqnozlarıd a fərqli olur. Ona görə, hər bir uşağa diaqnoz zamanı aşkar olunan problemlərə uyğun proqramlar tərtib edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Tək mənim yox, bu sahədə çalışan hər bir mütəxəssisin əsas iş prinsipi və məqsədi uşaqların inkişafını təmin etməkdir. Uşaqlarla etdiyimiz seansların nəticə verdiyini görmək, məncə, hər bir mütəxəssisin həm sevinci, həm də uğurudur. Uğura aparan yollar da, əlbəttə ki, çətin olur. Çətinliyin öhdəsindən gəlib uğur qazanmaq da özü bir ayrı xoşbəxtlikdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mən bir mütəxəssis kimi çox yaxın qohum evliliklərinə "yox" deyirəm. Çünki müxtəlif xüsusiyyətlərin daha sonrakı nəslə ötürülməsi genlər vasitəsilə təmin edilir. Bu gənlərdə hər hansı bir səbəbdən insanlarda xəstəliyə gətirib çıxara bilən mutasiyalar meydana gələ bilər və mutasiyaları daha sonrakı nəslə ötürə bilər. Qohum şəxslər isə öz genlərini ortaq bir atadan aldıqları üçün onların eyni genlərində mutasiya daşıma ehtimalı, qohum olmayan şəxslərə nisbətən xeyli çoxdur. Beləliklə, genlerində mutasiyanın olduğu cütlüyün dünyaya gələn hər körpəsində bu xəstəliyin meydana çıxması riski 25 % olacaq. Düzdür, bəzilər nikahdan öncə həkim genetiklə məsləhət etməyə və ya müayinə etdirməyə utanır. Ancaq mən hər bir cütlüyün nikahdan öncə yoxlanışdan keçməsini məsləhət görərdim. Çünki edilən müayinə gələcəkdə dünyaya gələcək uşaqda bir çox fəsadların qarışını mümkün qədər alacaq.
- Xarakter olaraq necə birisiniz?
- Sadə, mehriban biriyəm, amma səbrsizəm (gülür). Səbrsiz olmağım işimə də təsir edər, deyə düşünürdüm, amma elə olmadı. Çünki uşaqları çox sevirəm. Onlarla işləyəndə yorğunluqda hiss eləmirəm. Onların bir gülüşü dünyaya dəyər.
- Ailəlisinizmi?
- Xeyr, hal-hazırda subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara, əsasən də ailə qurmaq üzrə olan cütlüklərə məsləhətim odur ki, təkrarçılıq kimi çıxmasın, nikahdan öncə müayinə olunsunlar. Çünki, dünyaya gələcək uşaqlarda xəstəliklər olanda övladları da əziyyət çəkir, özləri də.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələndə səmimi deyim öyrəndiyim vaxtlarda ilk birinci ikinci günlərdə öz özümə deyirdim bu sahə mənlik deyil. Çünki bu sahə bilik bacarıqdanda əlavə böyük səbr tələb edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək bəlkə də kənardan asan bir iş kimi görünə bilər amma bu sahədə çalışanlar daha gözəl bilir bu işin çətinliyini. Mən uşaqları dediyim kimi çox sevirəm və bu uşaqların inkişafında azda olsa əməyim olduğu üçün çox xoşbəxtəm.
Əlaqə nömrəsi: (70) 222 11 68
(055) 897 06 29