Azərbaycan Respublikası Ali Təhsil Pilləsinin fəxri məzunu, Coğrafiya müəllimi Elza Əliyeva: "Abituriyentlərimin ağlında dərin izlər buraxacağım ağlıma gəlməzdi"

- Elza xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
-Mənim üçün müəllimlik müqəddəs bir peşədir. Bu gün həkimi də, mühəndisi də, hüqüqşünası da və s. yetişdirən müəllimdir. Ona görə də bu peşəyə həmişə sevgim olub və bu sahəyə sevərək gəlmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən coğrafiya müəllimiyəm. Coğrafiyanın tədrisi, coğrafi təlimlərin təşkili, abituriyent hazırlığı və s. ilə məşğul oluram. Həmçinin abituriyentlər üçün təhsil məsələləri üzrə araşdırmalar aparıram və onların təhsil həyatında əlimdən gəldiyi qədər onlara dəstək olmağa çalışıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olarq şagirlərin həyatında valideynlərin tutduqları yalnış mövqelərə yox deyirəm. Çünki valideynlər bəzən övladlarına hansı istiqamətdə dəstək verəcəklərini həqiqətən də bilmirlər. Yaxud da dəstək verdiklərini düşünərək, əslində onlara çox böyük zərər verirlər. Övladlarını depressiyaya və uğursuzluqlara sürükləyirlər. Ona görə də düşünürəm ki, şagirlərlə bərabər valideynlər də müəllimlərdən dəstək və məsləhət almalıdırlar. Bilmədiklərini müəllimlərlə müzakirə etməlidirlər.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox ixtisasımla bağlı hazırlıq müraciətləri olur. Abituriyentlər qısa zamanda qəbul proqramını mənimsəmək və Dövlət İmtahan Mərkəzinin keçirəcəyi qəbul imtahanının ikinci mərhələsinə yüksək səviyyədə hazırlaşmaq istəyirlər. Onun üçün mürəciətlər həddindən artıq çox olur. Mən şagirdlərin bilik səviyyələrinə uyğun qruplar formalaşdırıram ki, bütün müraciətlərə cavab verə bilim. Həmçinin, əlavə olaraq Tələbə Təhsil Mərkəzi şirkətində ixtisas seçimi və karyera planlanması üzrə ekspert olaraq fəaliyyət göstərdiyim üçün ixtisas seçimləri ilə bağlı saysız-hesabsız müraciətlər da alıram.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi, mehriban, məsuliyyətli və ən xırda detallara fikir vərən, zərif xarakterli bir insanam. Həmçinin, abituriyentlərlə münasibətimdə həm tələbkar, həm də onlara dost ortamı yaratmağı bacaran biriyəm.
- Bəs necə olur ki, abituriyentləriniz qısa zamanda yüksək nəticə əldə edə bilirlər, sirri nədir?
- Abituriyentlər mənə hazırlıq üçün vaxtında müraciət edəndə onların üzərində işləmək daha asan olur, çünki proqramı öyrənmək, dərinləşdirmək üçün kifayət qədər zamanımız olur. Lakin imtahana az bir zaman qalmış müraciət edən abituriyentlərə yüksək nəticə verməkləri üçün maksimum dəstəyi, əlbəttə ki, onlardan əvvəl başlayan abituriyentlərlə eyni səviyyədə vermək olmur. Bu vəziyyətdə həyata keçirilən ən əsas metod nədir? Əvvəlcə, imtahan suallarını və abituriyentin məqsədini təhlil etmək və ona maksimum necə kömək edə biləcəyimizi təyin etmək və ona qısa zamanda, doğru şəkildə daha çox şey öyrətməkdir. Bəzən şagirdlər sual verirlər ki, müəllim siz qəbul imtahanına hansı mövzuların, hansı sualların düsəcəyini haradan bilirsiniz? Hər il qəbul imtahanına düşən sualları, onların mövzularını, sual formalarını təhlil edən bir müəllim üçün bunu bilmək elə də çətin olmur.
- Abituriyentlərə nə məsləhət görürsünüz?
- Hər bir abituriyentin öz öyrənmə metodikası var. Kiməsə baxıb, nə isə öyrənməsinlər. Məsləhət görürəm ki, hər kəs öz metodikası ilə öyrənsin. Çünki bütün məzun və abituriyentlər artıq nəyi necə oxumalı olduqlarını, hansı dərsi necə öyrənməyi kifayət qədər yaxşı bilirlər. Bu gün hər hansı bir abituriyentə artıq nəyisə izah etməyə gərək yoxdur. Şagirdlərin bilik və bacarıqları o qədər yükəsək səviyyədədir ki, onlar öz bilik və bacarıqlarını daha yaxşi ifadə və tətbiq edə bilirlər. Bu da sevindirici bir haldır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər abituriyentin öz xəyallarını gerçəkləşdirməsində böyük pay sahibi olaram. İnanmazdım ki, bütün abituriyentlərimin qəlbində dərin izlər buraxacağam.
Əlaqə nömrəsi: (050)-781-58-14