Pedaqoq Rəna Hümbətova: "Müəllim öz sagirdlərinə sevgi və qayğı ilə yanaşmalıdır"

- Rəna xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 1982-ci ildə Göyçay rayonunda müəllim ailəsində dünyaya göz açmışam. Anam ibtidai sinif müəllimi olub. Ona görə də bu peşəyə marağım uşaqlıqdan yaranıb. Həm də müəllimlik müqəddəs və şərəfli bir peşədir. Bütün bunları nəzərə alıb, bu sahəni seçmək qərarına gəldim. 2000-2005-ci il illərdə Pedaqoji universitetdə təhsil aldım və müəllimlik fəaliyyətimə başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2008-ci ildən etibarən Göyçay rayon 3 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimk fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə hər zaman yeniliklərin axtarışında oluram. Bir çox təlimlərə və seminarlara qatılıram. Şagirdlərin dərsdən yorulmamaqları və mükəmməl biliklərə yiyələnmələri üçün fərqli metodlar axtarırıq. Bir sözlə, əlmizidən gələni edirik.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsan müəllim olmur, müəllim doğulur. Öz peşəsini sevən müəllim hər zaman çalışmalı, şagirdərini sevməli və onların hər birinə qayğı ilə yanaşmalıdır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı mürəciətlər olur?
- Əksər valideynlər övladlarının məhz mənim sinifimdə oxumasını istəyirlər. Bu hal məni çox sevindirir. Demək ki, tələb olunan müəllimlərdən biriyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Hər bir müəllim həm də bir psixoloqdur. Bəzən elə olur ki, uşaqlar öz fikirlərini tam şəkildə ifadə etməyi bacarmırlar. Bu da onların evdə gördükləri mühitlə bağlıdır. Biz onlara öz fikirlərini sərbəst şəkildə ifadə etməkləri üçün şərait yaratmırıq. Onların fikirlərini ciddiyə almırıq. Bu da məktəbdə öz təsirini göstərir. Mən istəyərdim ki, bütün valideynlər öz övladlarına kiçik bir uşaq kimi yox, bir şəxsiyyət kimi baxsınlar. Onların fikirlərinə önəm versinlər.
- Xarakter olaraq necə birisiniz?
- Çox kövrək və həssas bir insanam. Amma bunu dərs prossəsində göstərmirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görərdiniz?
- Valideynlər övladlarının dünya görüşünü artırqmaq istəyirlərsə, onları bədii kitablar oxumağa həvəsləndirsinlər.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gələmzdi ki, mən bu peşəyə gələndə özümdən yaşça böyük olan müəllimlərə necə pərəstiş edirdim. Bu gün həmin müəllimlərdən öz barədə xoş sözlər eşitmək mənim üçün çox qürurvericidir. Ağlıma gəlməzdi ki, onlar mənim barəmdə bu sözləri deyərlər və mən də bu yerə gəlib çataram. Qeyd edim ki, sertifikasiya imtahanında məktəb üzrə ən yüksək nəticəni mən göstərmişdim. Buna görə özümü çox xoşbəxt hiss edirəm.