Pedaqoq Səadət Adnalıyeva: "Şagirdlərimin jər zaman yanındayam"

- Səadət xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- İlk növbədə məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Ziyalı ailədə böyümüşəm və
kiçik yaşlarımdan bu günə qədər öyrənib-öyrətmə həvəsi daim mənimlə olub.
- Neçə ildir ki, bu dahədəsiniz?
- Mən 2019-cu ildə MİQ müsabiqə yolu ilə yüksək balla işə qəbul olmuşam. Artıq altı ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Daim yenilik, innovativ təlimlər, tədbirlər, bir sözlə, peşəsinə vurğun bir müəllim kimi sahəmə uyğun hər işde görünməyə çalışıram.
İşə başladığım ilk il 6aylıq iş təcrübəmin olmağına baxmayaraq, qazandıgım uğurlara görə “Azerbaycan Müəllimi" qəzətində məqaləm dərc olunmuşdu. Bu, mənim üçün unudulmaz uğurlarımın ilk addımı olmuşdur. İndi isə saya bilməyəcəyim qədər uğurlu nailiyyətlərim var.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- İbtidai sinif müəlliməsi olduğum üçün bu istiqamətdə müraciətlər olunur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq ilk növbədə narkomaniya və erkən yaşda nikaha "yox" deyirəm. Sonra isə təhsil sahəsində irəliləmək və əlverişli mühit yaratmaq üçün problemlərə "yox" deyərəm və aradan qaldırmaq üçün əməkdaşlıq edərəm.
- Xarakter olaraq necə birisiniz?
* Xarakter olaraq güclü biriyəm. Bunu mən yox, ətrafımdakı insanlar bildirir. Mübarizə aparmaq, mümkünsüzü mümkün etmək bacarığı, o əzm mənə güc verir .
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, her insanın bacaracağı, öhdəsindən gələcəyi çətinliyi olur. Bəzən bu çətinliklər aşılmayacaq kimi görünə bilər. Heç bir zaman qebullanıb o çətinliyi adiləşdirməsinlər. Mübarizə apararaq ayaqda qalsınlar. Unutmayın, siz hər çətinliyə qalıb gələcək gücdəsiniz.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, onlarla böyüyüb, onlarla ağlayıb, onlarla gülüb, onlarla sevinəcəyəm. Bilməzdim ki, hər bir sagird öz övladım kimi olacaq. Hətta gün olur ki, hər bir müəllim kimi mən də öz övladlarıma yetəri qədər çata bilmirəm. Amma şagirdlərimin hər zaman yanındayam. Sözün həqiqi mənasında müəllimlik peşəsi ən ali, ən şərəfli işdir.