Badamların Sevinci - Sevinc Əmrahlı: "Uşaqların özlərini xoşbəxt hiss etməkləri üçün əlimizdən gələni edirik"
- Necə oldu ki, belə bir tədris müəssisəsi yaratmaq qərarına gəldiniz?
- Özümü dərk etdiyim andan etibarən təhsil sahəsi həmişə maraq dairəmdə olub. Bildiyimiz kimi, təhsil millətin özəyi və gələcəyidir. Bu iş düzgün və vicdanlı şəkildə yerinə yetirilərsə, çox gözəl nəticələr əldə edərik. Bu nəticələrin də hər kəse xeyri dəyərə. Biz bu gün uşaqlarla isləyirik. Mən hər zaman valideynlərə deyirəm ki, uşağa elmentar şeyləri evdə valideynlər da öyrədə bilər. Biz burada təkcə uşağa "2+2" sualının cavabını öyrətmirik. Eyni zamanda, müəyyən psixoloji məqamlar var ki, onların da üzərində işləyirik. Bir sözlə, uşağa hərtəfli yanaşırıq. Qeyd edim ki, bu mərkəz mənim təşəbbüsüm sayəsində ərsəyə gəlib.
- Neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Artıq dörd ildir ki, fəaliyyət göstəririk. Gələcəkdə bir neçə filallarımızı da açmağı planlaşdırırıq. Bunun üçün əlimizdən gələni edirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Uşaqların gəldikləri yerdə özlərini xoşbəxt hiss etməkləri üçün əlimizdən gələni etmək əsas iş prinsipimizdir. Uşaq gəldiyi yerdə özünü güvənli və etibarlı hiss etməlidir. Müəllimləri öz anaları kimi görməlidirlər. Biz burada bir ailə mühiti yaratmağa çalışırıq. Onda işimizin də kefiyyəti yüksək olur.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Biz fəaliyyətə yeni başlayanda erkən qrupları ilə də işləyirdik. Amma zaman keçdikcə gördük ki, lap kiçik yaş qrupuna aid olan uşaqlarla işləmək çətin olur. Son illərdə məktəbəqədər yaş qruplarını və ibtidai sinifləri qəbul edirik.
- Dərslər hansı dillərdə keçirilir?
- Əsasən Azərbaycan dilində keçirilir. Eyni zamanda rus və ingilis-dillərində də tədris aparılır.
- Üstünlüyünüz və fərqliliyiniz nədədir?
- Məktəbəqədər təshildə valideynlərinin də icazəsi ilə biz dərslikləri uşaqlara ödənişsiz şəkildə veririk. Bununla bağlı müəyyən nəşriyyatlarla da əməkdaşlıq edirik. Bundan başqa, biz hər il müxtəlif bayramları mütləq uşaqlarla birlikdə qeyd edirik.
- Sonda valideynlərə nə dəmək istəyirsiniz?
- Hər bir valideynin övladı bizim üçün dəyərlidir. Valideynlərdən xahiş edirem ki, övladlarını təhsillə bağlı mütəxəssislərə əmanət etsinlər və keyfiyyətli təhsil verən kurslara üz tutsunlar. Mən universitetdə dərs deyərkən şahidi oldum ki, ən pis oxuyan tələbə də mühazirədən geri qalmır. Amma bu gün o seminarlarda iştirak etməyənlər var, o seminarları dinləməyənlər var. Onlar da bu gün uşaqlarla isləyirlər. Amma biz uşaqlarla yaxşı işləmək üçün psixologiyanı, pedaqoqikanı bilmək lazımdır. Bir sözlə, valideynlər keyfiyyətli təhsilə önəm versinlər.
Əlaqə nömrəsi: (050) 766 66 96