İbtidai sinif müəllimi Kəmalə Səmədova: "Müəllimlik peşəsi müqəddəs olduğu qədər də çətindir"

- Kəmalə xanım, əvvəlcə özünüzü təqdim edin, zəhmət olmasa.
- Mən Göyçay şəhərində dünyaya gəlmişəm. İlk təhsilimi həmin şəhərdə almışam. Orta təhsilimi başa vurduqdan sonra 2004-2009-cu illər ərzində Azərbaycan Müəllimlər İnsitutunda təhsil almışam. 2009-cu ildən etibarən Göyçay şəhəri, akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərməyə başlamışam.
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- İbtidai sinif müəllimim Sürmə Əhmədovaya olan sevgim məni bu sahəyə gətirdi. O, mənim həyatımda dərin izlər buraxdı. Mən də müəllim olmağın xəyalını qururdum. Şükür ki, arzuma çatdım.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İşlədiyim müddət ərzində 100-dən çox konfrans, seminar ve vebinarlarda həm təlimçi, həm də iştirakçı kimi çıxış etmişəm. İki dəfə ilin gənc müəllimi adına layiq görülmüşəm. İlin gənc pedaqoqu medalı ilə təltif olunmuşam. "Həsən bəy Zərdabi oxuyub-anlama" layihəsinin üzvü və region üzrə koordinatoru seçilmişəm. İtwfing layihəsinin üzvü olmuşam və müxtəlif beynəlxalq layihələrim vardır. Respublikda ilk dəfə olaraq illər öncə xarici həmkarımla onlayn dərslər qurmuşam. 2020-ci ildə "Dəmir yumruq" adı altında Göyçay-Laçın ibtida sinif üzrə olan layihəsini gerçəkləşdirmişəm. İşlədiyim bu zaman ərzində şagirdlərimi hər zaman vətənpərvər ruhda yetişdirməyə çalışmışam. İlk şagirdlərim hal-hazırda ali təhsil müəssisələrində təhsil alırlar. Onlar hər zaman bilik yarışlarında birinci yerə layiq görülüblər. İşlədiyim bu zaman ərzində dəfələrlə Təhsil Nazirliyi, Azad Həmkarlar İttifaqı, Mərkəz-Aran regional təhsil idarəsi, Göyçay Rayon İcra Hakimiyyəti və məktəb rəhbərliyi tərfindən müxtəlif zamanlarda təşəkkürnamlərə ve fəxri fərmanlara layiq görülmüşəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Uğur qazanmaq üçün güclü nizam-intizam qurmaq lazımdır. Güclü intizam olmayan yerdə uğur ola bilməz. Hesab edirəm ki, hər hansı bir sahədə çalışan adam öz işinin mahiyyətini bilməlidir, öz işinə sevgisi olmalıdır. Bu hisslər müəllimlik sahəsində çalışanlarda daha güclü olmalıdır. Müəllimlik peşəsi müqəddəs olduğu qədər də çətindir. Müəllim öyrətmək istəyirsə, özü hər gün öyrənməlidir. Biz müəllimlər bir-birimiz ilə təcrübə paylaşımı etməli, bir-birimizdən öyrənməliyik. İşlədiyim bu illər ərzində intizamlı işçi olmağa çalışmışam. Vaxtaşırı olaraq müəllimlərin dərslərini dinləməklə onların təlim metodlarının təkmilləşməsinə kollektiv olaraq birgə əmək sərf etmişik. Mənim həm özümə, həmçinin şagird kontingentinə qarşı çox tələbkar olmağım işimə məsuliyyətlə yanaşmağımdan irəli gəlir.
- Ailəlisinizmi?
- Ailəliyəm. Üç övladım var.
Əlaqə nömrəsi: (050) 345 91 96