Müğənni Siruz Əzizov: "Məqsədim Azərbaycanda və dünyada tanınan müğənni olmaqdır"

- Siruz bəy, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Oxumağa həvəsim uşaq vaxtlarımdan olub. Sadəcə olaraq, bəzi məsələlərə görə üstünə düşməmişəm. Artıq iki ilə yaxındır ki, fəliyyətə başlamışam.
- Hansı mügənnilərdən bəhrələnmisiniz?
- Bir-iki müəllimdən vokal dərsi almışam. Qeyd edim ki, Alim Qasımovun, rəhmətlik Məmmədbağır Bağırzadənin, rəhmətlik Məhəbbət Kazımovun, Röya Ayxanın, Aygün Kazımovanın ifalarını daha çöx dinləyirəm.
- Hansı janrda oxumağa üstünlük verirsiniz?
- Həm lirik, həm də şən mahnılar oxuyuram.
- Hədəfiniz nədir?
- Azərbaycanda tanınmış mügənni olmaq və silsilə konsertlər vərmək əsas hədəfimdir.
- Bunun üçün sizə nə qədər zaman lazımdır?
- Çüki, ən azı iki-üç il lazımdır.
- Şou-biznəsdə sizi nə qane etmir?
- Bəzi mügənnilər nəyinsə, yaxud da kiminsə hesabına irəli gedir. İstedadı olanlar isə kölgədə qalır. Bu hallar məni narahat edir. Mən isə öz istedadıma güvənərək bu yola çıxmışam. İnşallah, yaxşı olar.
- Özünüzə fərqli bir üslub seçmisinizmi?
- Mügənni hissin oxuduğu üslubu çox bəyənirəm. Ümumi götürsək, indi gündəmdə olan şən mahnılardır. Mən də həmin üslubla uyğunlaşmağa çalışıram.
- Hansısa bir müğəninin pərəstişkarı olmusunuzmu?
- Alim Qasımovu, Qədir Qizilsəsi, Teymur Əmrahı çox bəyənirəm.
- Barmaqla göstərilən müğənnilərdən olmaq üçün nə etməlisiniz?
- Öz üzərimdə dayanmadan çalışmalıyam. Mən qarşıma məqsəd qoydumsa, ona çatana qədər mübarizə aparan insanlardanam. İnşallah, bu yolda da hədəfimə çataram. Əziyyətimin bəhrəsini görərəm.
- Son olaraq nə demək istərdiniz?
- Məqsədim Azərbaycanda və dünyada tanınan müğənni olmaqdır. Bir gün bu arzuma çatacağıma inanıram.