Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbin informatika müəllimi Qəmər Abdullayeva: "Şagirdlərim tərəfindən bu qədər səviləcəyim ağlıma gəlməzdi"

- Qəmər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Komputer və İKT sahəsinə olan marağım mənim bu sahəyə gəlməyimə səbəb oldu.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 5 ildir ki, bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Şagirdlərimə İKT bacarıqlarının mənimsədilməsində sevərək əlimdən gələni edirəm öz sahəm üzrə məktəb rəhbərliyinə də nə lazımdırsa, köməklik edirəm. İxtisasımı daha da dərindən öyrənmək üçün müəyyən təlimlərə, kurslara qoşuluram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim hər bir şagirdə təkcə təhsil verməkdən yox, eyni zamanda onların qəlblərinə toxumaqdan ibarətdir. Onların həyatlarında müsbətə doğru nəyisə dəyişdirə bilirəmsə, nə xoş mənə (gülür).
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda daha çox şagirdlərim mənə İKT sahəsi ilə bağlı müraciət edirlər. Eyni zamanda da gələcəkdə hansı ixtisasa yiyələnməklə bağlı məsləhətlər alırlar.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq şagirdləri qısıtlamağa, onları bır sinif otağında, bir tədris mühitində, bir şagirdin digər şagirddən üstün tutulmağına qarşıyam. Biz bir mütəxəssis olaraq onların gələcəklərinə bilavasitə toxunmalıyıq. Onların hər bir sözünə səbrlə qulaq asıb, yanlışlarını, doğrularını göstərməliyik. Biz onlara sanki bir güzgü olmalıyıq.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim, hər kəslə yola gedə bilən, hər ortamda özünə sevgi, hörmət qayğı tapan insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, nəyisə əldə etmək göründüyü qədər asan olmur. Təhsilə edilən yatırım ən böyük yatırımdır və oxumaq heç bir zaman gec deyil. Xəyallarınızın arxasınca getmək üçün çalışın və əmin olun, bir gün əziyyətinizin bəhrəsini görəcəksiniz.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Şagirdlərim tərəfindən bu qədər səviləcəyim ağlıma gəlməzdi.