Psixoloq Nigar Telmanqızı müdafiə məxanizmlərindən danışdı

Son günlərdə gündəm olan təyyarə qəzası demək olar ki, hər kəsi dərindən təsirləndirib. Bu kimi insan iradəsindən aslı olmayan hadisələr ( zəlzələ, qəza, ani baş verən təhlükə ) psixologiyası həssas insanlara xüsusən təsir edir. Bu kimi hadisələrdən sonra təyyarə fobiyası, hündürlük qorxusu, qapalı məkan qorxusu meydana gələ bilər, yaxud üzə çıza bilər. Hadisənin təsirində bu kimi hallar normaldır. Ancaq müəyyən müddət sonra artıq aradan qalxmalıdır.
" Hər an mənim də başıma gələ bilər" düşüncəsi ilə insan öz zənnincə başlayır qarşısını alacaq davranışlar etməyə. Biz buna psixologiyada müdafiə mexanizmləri deyirik. Evdən çıxmamaq, telefonu yanımda saxlamaq ki, nə isə olsa zəng edə bilim və s kimi hallar özünü göstərir. Bu kimi insanların təşviş problemi olduğunu görürük və təşvişdən yaranan obsessiv hərəkətlər şiddətli hal alanda özü ilə yanaşı, sevdikləri insanı da uzağa getməmək, tez-tez zəng etmək kimi hallar yaşada bilirlər.
Tövsiyyə olaraq mənfi xəbərləri, ümumiyyətlə, izləməmək, sevdiyi və onu xöşbəxt edən məşğuliyyətlər etmək, piyada gəzmək kimi aktivliklər etmək məsləhətdir. İrəliləyən səviyyədə psixoloji dəstək tövsiyyə olunur.
Məlumat üçün bildirək ki, təyyarə qəzaları dünyada ən az baş verə biləcək qəzalar siyahısındadır.
Əlaqə nömrəsi: (051) 380 02 65