"Bilginur" tədris mərkəzinin rəhbəri Nuranə Kamalova: "Uşaqların əylənərək öyrənməyinin tərəfdarıyam"

- Nuanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlarla işləməyin xəyalını məktəb vaxtlarımdan qurmuşam. Özümü hər zaman uşaqlara aid sahədə görmüşəm. Ona görə də bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Təhsilim metodika və ibtida təhsil üzrədir, amma bağça sahəsində artıq yeddi ilə ilə yaxındır ki, fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı isləri icra edirsiniz?
- Mən uşaqlarla, valideynlərlə hər zaman ünsiyyətdə oluram. Üzərimə düsən bütün işləri mükəmməl yerinə yetirməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mehriban, qayğıkeş insanları ətrafımda toplamaq, uşaqları səmimi ortamda yetişdirmək əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Zorla nəyisə əldə etməyə, zorla düşüncələri yürütməyə "yox" deyirəm. İnsan öz seçimini müstəqil şəkildə etməlidir.
- Son zamanlar sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Valideynlər daha çox uşaqlarının təhsili ilə bağlı müraciət edirlər. Mən isə uşaqların əylənərək öyrənməyinin tərəfdarıyam.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim xarakterli biriyəm. Amma bəzən inadkar da ola bilirəm (gülür)
- Oxuculara nə məsləhət görürsünüz?
- Xəyllalarını qursunlar və heç zaman vaz keçməsinlər. Çünki bir şeyi istədikdə, o şey gəlib özü insanı tapır. Sevgini, mərhəməti qəlblərindən əsirgəməsinlər. Sevgi olduqca, insan da var olur.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işə bağça müəllimliyindən başlamışam. Bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, hər zaman xəyalını qurduğum bir işə sahib olacağam.