Pedaqoq-psixoloq Könül Akifqızı: "Nə vaxtsa insanlara bir psixoloq olaraq faydalı olacağım ağlıma gəlməzdi"

- Könül xanım, necə oldu ki, bu peşəni seçmək qərarına gəldiniz?
- Əslində ən böyük arzum jurnalist olmaq idi. Bu sahəni sevməyim isə ədəbiyyata, şeirə olan marağımdan irəli gəlirdi. Lakin çox sevdiyim nənəmin arzusu və təkidi ilə jurnalist yox, musiqi müəllimi, musiqiçi olamğı qərara aldım. Bu minmvalla da Q. Hüseynli adına Gəncə musiqi kollecinin musiqi nəzəriyyəsi fakultəsinə qəbul oldum. Daha sonra Gəncə Dövlət Universitetində musiqi müəllimliyi fakultəsini bitirdim. Düşünürəm ki, istər jurnalist, istərsə də müəllim eyni zamanda psixoloq olmalıdır. Ona görə ki, qarşısındakı insanı oxumağı bacarmalı, bədən dilini anlamalıdır. Elə bu düşüncə ilə də 2020 ci ildə Moskva maliyyə və sənaye Universiteti “Sinergiya” Universitetinin – “Psixologiya” fakultəsinə magistr olaraq qəbul oldum.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Müəllim olaraq artıq 16 ildir ki, fəaliyyət göstərirəm. Psixoloq kimi fəaliyyətim isə 3 ilə yaxındır. Hər iki sahə mənim bu həyatda əldə etdiyim ən böyük uğurumdur.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Müəllim peşəsi çox şərəfli bir peşədir. Çalışdığım musiqi məktəbində musiqi sənətinin incəliklərini, notun sehrini öyrətdiyim şagirdlərim çoxdur. Musiqi ruhun qidasıdır. Musiqi duyumu olan uşaqlarla çalışmaq çox zövq verir mənə. Uşaqlarla məktəbdə təşkil etdiyim tədbirlər onların gələcəkdə özgüvənli, sosial olmasına, hərtərəfli inkişaf etməsinə kömək edir.
Psixoloq olaraq isə.., eyni zamanda onu da qeyd edim ki, mən eyni zamanda bir təlimçi kimi də fəaliyyət göstərirəm və psixoloq olaraq təşkil etdiytim təlimlərdə insanların maariflənməsi üçün, onlara psixoloji dəstək üçün əlimdən gələni əsirgəmirəm.
- Əsas iş prinsipiniz nədir?
- Öz üzərimdə işləməyi, mütaliəni çox sevirəm. Öyrəndiyim, bildiyim nə varsa şagirdlərimlə bölüşməyə, onlara hər zaman dəstək olmağa çalışıram. Yardıma ehtiyacı olanlara psixoloji dəstək olmağa çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Artıq bildiyiniz kimi mənim ikinci sahəm psixologiya sahəsidir. Bir psixoloq olaraq onu demək istərdim ki, mənə müraciət edənlərin arasında ən çox ailə içi problemlərlə, ailəyə qarşı diqqətsizliklə, xəyanətlə üzləşənlər çoxluq təşkil edir.
- Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
- Bir mütəxəssis olaraq “sevgisizliyə”, “şiddətə” yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Ünsiyyətcil, işgüzar, inadkar, mehriban, tələbkar, qayğıkeş və sevgi dolu biriyəm.
- Ailəlisinizmi?
- Bəli. 2 qız övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, bacardıqları qədər sağlam həyat yaşamağa üstünlük versinlər, gün ərzində 1 saat təmiz havada yürüş etsinlər, əsəbi, stressli anlarında meditasiya edərək rahatlamağa çalışsınlar. Evdə, ailədə, cəmiyyətdə hər zaman nümunəvi olsunlar. Qəlblərindən sevgi, mərhəmət əksik olmasın.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz təmamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, nə vaxtsa pedaqoq- psixoloq olaraq, mentor-təlimçi olaraq insanlara faydam toxuna bilər. 2023 cü ildə keçirilən
“Best of City Awards 2023” layihəsində Beynəlxalq Dərəcəli Peşəkar Təlimçi, 2024 cü ildə isə keşirilən “Caspian Awards” 2024 layihəsində Pedaqoq/Psixoloq kimi aldığım mükafatlar ağlıma gəlməzdi ki, mənim həyat stimulum olar. Bundan başqa qatıldığım təlimlərdən aldığım sertifikatlar, təşəkkürnamələr mənim cəmiyyətə necə yararlı biri olduğumu mənə göstərdi və düşünürəm ki, insanlara faydalı olmağım üçün öz üzərimdə daha çox çalışmalıyam.
Əlaqə nömrəsi: (055) 381 95 84
İnstagram: pedaqoq_psixolo_konulakifqizi