Estetik həkim-kosmetoloq Sabina Rasem: "Bu işdən bu qədər zövq alacağım ağlıma gəlməzdi"

- Sabina xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Valdeyinlərimin həkim olmaları bu sahəni mənə daha da sevdirdi. Onların mənim seçimimdə rolları böyükdür.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Təhsili nəzərə alsaq, artıq 9 ildir ki, bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Estetik, kosmetoloj, ineksiyon üzrə hər növ prosedurları icra edirəm.
- İs prinsipiniz nədən ibarətdir?
- Pasiyentin yanımdan razı bir şəkildə ayrılması və işimi peşəkarcasına icra etmək əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Saplarla burun dikləşdirməyə, üz gərmə kimyəvi tərkibli plinglər, sertifikatsız preparatlarla istənilən növ prosedurlara, krioripoliz və s. yox deyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağli müraciətlər olur?
- Son zamanlarda ən aktual olan prosedurlar mənə görə 5 nöqtə biolar, konturplastika, botulinoterapiya və s.ile bağlı muraciətlər daha çox olur.
- Xarakter olaraq nəcə birisiniz?
- Mən hər zaman çalışıram ki, şərtlərdən asılı olmayaraq öz pozitivliyimi, səmimiyətimi və dürstlüyümü qoruyam və qarşı tərəfədə ən önəm verdiyim xüsusiyyət səmimiyyətdir. Daimi olaraq öz üzərimdə işləyib özümü inkişaf etdirməyi sevirəm. Ən önəmli prinsiplərdən biridir bu mənə görə.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Ucuza aldanıb, saxta, tibbi həkim təhsili olmadan işləyib, inyeksion prosedurlar icra edənlərə müraciət etməyib, diqqətli olmalarını məsləhət görürəm. Ən əsası sağlamlıqarını hər zaman ön planda tutsunlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, işimdən bu dərəcədə zövq alaram və incə toxunuşlarla bələ insanları xoşbəxt edib komplekslərindən azad edə bilərəm. Zamanla daha da anlamış oluram ki, xarici görünüşdən gələn məmnuniyyət hissi insanın daxili transformasiyasında önəmli rol oynayır.
Əlaqə nömrəsi: (050) 976 69 99
İnstagram: dr.sabinarasem