Fusion Academy MMC'in CEO'-nun təsisçisi Elza Məmmədova: "Həyat yolunuzu təhsil ilə işıqlandırmağa çalışın"

- Elza xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Salam, Cavidan bəy. Potensiallı gənclərin uğurlarını işıqlandırdığınız üçün təşəkkür edirəm. Əslində mənim sahibkar olmağım anidən olan bir proses deyil. Uşaqlıqdan formalaşmış və planlanmış bir prosesdir. Mən ailəmizin ilk övladıyam və valideynlərimin hər zaman ən sevimlisi olmuşam. Mənim bu günki Təsisçi Elza Məmmədova olmağımın ən böyük səbəbkarı valideynlərimdir, ən əsas da atam. Mənim gələcəyim üçün öncəliyi hər zaman təhsilim olub. Onda mənə qarşı olan güvən hissi indiki güclü, əzimli, özgüvənli və qorxmaz cəsur Elzanı yaratdı. Hər zaman mənə deyirdi ki, sən bu savadla, bacarıqla və potensialla yalnız lider ola bilərsən. Çünki Xalqımızın sənin kimi mərhəmətli, yardımsevər, açıqqəlbli bir gəncə ehtiyacı var. Məktəb zamanı da, tələbə olduğum zaman da bir məqsədim var idi mən öz MMC'i quracam və mən Müstəqil Təhsil şirkəti olacam. Bir amalım olacaq oda ki təhsilə həqiqətən "canını verməyə" hazır olan gənclərə xidmət edəcəm. Və bu gün mən Fusion Academy MMC ' in qurucusuyam. Fusion Academy MMC dedikdə ağıllarına gələn xeyirxah Elza müəllimədir. Mən əminəm ki 2 illik fəaliyyətim dövründə öz missiyamı layiqincə yerinə gətirə bilmişəm. Sonda isə bunu demək istəyirəm ki, Əziz gənclər heç zaman təhsil yolunda qarşınıza çıxan çətinliklər də özünüzü tənha hiss etməyin. Sizin millətinizin qızı Elza Məmmədova Nizaməddin qızı hər zaman böyük bacınız, dostunuz, müəlliminiz kimi arxanızdadır. Yetər ki tutduğunuz yol haqqın yolu, yəni təhsil yolu olsun.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 2 ci ildir ki, Fusion Academy MMC 'in həm Təsisçisi, həm də İcraçı direktoruyam.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz işimi sevdiyim üçün həm də işimin məsuliyyətini tam olaraq dərk etdiyimdən, bütün idarə etmə prosesini özüm icra edirəm.
Vakansiyaya uyğun namizədin işə qəbulu, işçilərin düzgün istiqamətləndirilməsi, təlimatlandırılması, tələbələr ilə ayrı-ayrılıq da kontaqda keçmək, fikirlərini dinləmək, hər hansısa yaranmış problemləri anındaca həll etmək, şirkətin inkişafı üçün lazım olan planlamalar etmək və s.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim iş prinsipim elə həyat prinsipim ilə eynilik daşıyır. Hər günüm dünənki gündən daha uğurlu olmalıdır. Nə qədər ki, bu dünyanın bir parçasıyam, gerçək olmayan heç bir xəyalım qalmamalıdır. Hər gün özümü daha möhtəşəm uğurlarla mükafatlandırmalıyam.
Mənim üçün bacara bilmədiyim heç nə yoxdur, sadəcə olaraq başqa günlərə planladığım və zamanını gözlədiyim nələrsə var. Zamanı gəldikdə istədiyim nə varsa, mənim olacaq hər zamankı kimi.
Çünki bir şeyin mənim olması üçün onu yalnızca həqiqətən qəlbən istəməliyəm, o zaman ona gedən yollar da heç bir maneə qarşımda dayana bilməz.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Haqsızlığa yox deyirəm, çünki hər nə olur olsun, hər zaman ədalət tərəfdarıyam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox müraciət işsizliklə bağlı olur. Gənclər iş tapmağın artıq problemli hal aldığından şikayətçidirlər.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə əslində çox güclü xanımam. Qarşım da hər nə çətinlik olur olsun, onu tək başına həll etmək mənə daha çox özgüvən qazandırır. Xarakterim də sevdiyim cəhətlər, özgüvənli, liderlik bacarığım, inadkar, əzimli və yardımsevər olmağımdır. Sevmədiyim xarakterim isə "YOX" deməyi bacarmamağımdır. Çünki bəzən bu cəhətim mənim özümə də zərər vurur kiməsə yaxşılıq edəcəm deyə.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm, dostum ilə ailə qurmuşam, 1 aydır oğlumuz da dünyaya gəlib. Yalnız onu deyə bilərəm ki, xanımlar bu həyat da 3 şeyə sahib olmalıdır 1. Qayğıkeş ataya sahib olmaq 2.Təhsilə və uğurlu karyeraya sahib olmaq. 3. Düzgün seçilmiş yoldaşa sahib olmaq . Mənim 3-də də şansım gətirib, deyə bilərəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxucularıma məsləhət görürəm ki, təhsil ilə həyat yolunuzu daha da abadlaşdırmağa, işıqlandırmağa çalışın. Təhsil millətin gələcəyidir.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayin, zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bu qədər məsuliyyət və zəhmət tələb edən bir işlə qarşılaşacağam. Hər gün yeni çətinliklər və təcrübələr ilə qarşılaşıb, həm özümü inkişaf etdirəcək, həm də tələbələrimin inkişafına dəstək olacağam. Bu sahənin nə qədər dərin və mürəkkəb olduğunu gördükcə, təhsil vermək həm bir sənət, həm də böyük bir missiya olduğunu daha yaxşı başa düşürəm.
Əlaqə nömrəsi: (051) 494 68 67