Klinik Psixoloq Ülviyyə Umarzadə: "İş prinsipim insanların müəyyən qədər sağlam düşüncələrini təmin etməkdən ibarətdir"

- Ülviyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ümümiyyətlə, mənə uşaqlıqdan insanların nə düşündükləri, nə hiss etdikləri, hansı davranışları sərgilədikləri çox maraqlı gəlirdi. Çox müşahidəçi uşaq idim. Emosional yaşın təqvim yaşımdan yuxarı idi.
Zaman keçdikcə bu maraqlarım daha da artdı və məni bu sahəyə yönəltdi.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə pasiyentləri qəbul edirəm, problemlərini səbrlə və sevə-sevə dinləyirəm, problemin nə olduğunu araşdırdıqdan sonra problemə uyğun seanslar tərtib edib terapiyalar uyğulayıram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim insanların müəyyən qədər sağlam düşüncələrini təmin etməkdən ibarətdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- İş prinsipim insanların müəyyən qədər sağlam düşüncələrini təmin etməkdən ibarətdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Dırnaqarası psixoloqlara "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Şən ,həyatsevər, pozitiv biriyəm əslində.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Biz hər məqsədimizə öz beynimizin köklənmə missiyasını parçalayaraq zəifləmiş enerji ayırırıq. Amma bir məqsəd barəsində ardıcıl fikir yürütmək ağıllı beyninizi həmin məqsədin dostu və xidmətçisi edir.
Beynimiz isə bizim üçün hər bir dostdan daha etibarlıdır. Oxuculara məsləhətim beyninizə inanın, ardıcıl olaraq bir məqsəd barəsində düşünün və onu “dost”unuzla müştərək işləyərək əldə edin!
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahəyə təlabat bu qədər çox olar və bu təlabatdan sui istifadə edib dırnaqarası psixoloqların sayı onlardan daha çox olar.
Əlaqə nömrəsi: (055) 978 55 55