Psixoloq Nigar Telmanqızı: "Sizi incidən hər nədirsə, onu ilk hiss etdiyiniz an müdaxilə edin"

Bu gün görməzdən gəldiyi hər şeylə bir gün üzləşməyə məcbur qalır insan..
İnsan ona pis hiss etdirən heç nə yaşamaq istəmir. Bir hadisə olur- həyatımızdan bir insan gedir, yaşadığımız yer dəyişir, işimiz dəyişir və bunların heç də hər biri bizə hər zaman müsbət təsir etmir. İnsan xisləti elədir ki, yaşaya bilmək üçün, sağ qalmaq üçün hər zaman ona acı verən yox, xoş hiss etdirən tərəfə gedir. İlk baxışdan yaxşı səslənir. Kim istəməz ki, ancaq yaxşı şeylər yaşamaq..
Reallıq isə..
Sizin beyninizi, ruhunuzu narahat edən kiçik bir nüans torpağa basdırdığınız toxum kimidir. Toxumun üstünü torpaqla bərk bağlamısız ki, görünməsin. Problemlər də belədir. Görmək istəmirik, üzərini bərk bağlayırıq, yoxmuş kimi , unuduruq və s.. Ancaq o toxum kök atır, böyüyür və böyük gövdəli ağaca çevrilir.. O ağacı kökündən qoparmaq çətindir, nəinki o toxumu çıxarıdıb atmaq..
Sizi incidən hər nədirsə, onu ilk hiss etdiyiniz an müdaxilə edin. Bu zaman xöşbəxtlik özü də sağlam olacaq.