Defektoloq-loqoped Qönçə Məmmədova: "Erkən müdaxilə, erkən korreksiyanın əsasını təşkil edir"

- Qönçə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində jurnalist olmaq istəmişəm həmişə. Niyyətimdə defektoloq-loqoped olmaq yox idi. Lakin tələbəlik illərimdə dərslər tədris olunduğunda içimə bir qığılcım düşməyə başladı. Elə tələbəlik illərindən könüllülük proqramına, təlimlərə qatılmağa başlamışdım. Getdikcədə özümü bu sahədə tapırdım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, bu sahədəy fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün nitq qüsurları üzərində işləyirəm. Afaziya, serbral iflic, daun, autizm, nil, pnil, dislaliya, kəkələmə və s.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər zaman öz üzərimdə işləyib, yeni biliklər, texnikalar, aparatlar üzərində araşdırmalar edirəm. Loqoped olmaq asan iş deyil hər zaman yenilikləri araşdırmaq, öyrənməliyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mənim fikrimcə, yox deyə bilməyən həyatda heç nəyə nail ola bilməz. Lakin işimdə valideynlərin övladlarındakı qüsuru görüb də biganə yanaşmağına "yox" deyə bilmirəm. Hər zaman müdaxilə edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çox kəkələmə və nitq inkişaf geriliyi ilə müraciətlər olunur. Həm də gecikmiş formalarda. Sual verdikdə ki, niyə gecikdirmisiniz? Cavabları isə belə olur: "Qaynanam deyir atası da belə idi, əmisi də belə idi".
- Xarakter olaraq necə birisiniz?
- Tutduğunu qoparan biriyəm, bir o qədər də mərhəmətliyəm (gülür).
- Ailəlisinizmi?
- Əlbətdə ,gələcəyin əsgərlərini böyüdürəm (gülür).
- Oxuculara nə məsləhət görürsünüz?
- Övladlarına biganə yanşmasınlar. Qüsuru gördükləri an mütəxəssisə müraciət etsinlər. Erkən müdaxilə, erkən korreksiyanın əsasını təşkil edir.
- Mən bu sahəni səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Ağılıma gəlməzdi ki, valideynlərin dualarında, balacaların dilində Qönçə müəllimə olaraq qalaram.
Əlaqə nömrəsi: (055) 581 76 65