Pedaqoq-repetitor Aynur Əliyeva: "Başqasının övladını bu qədər sevə biləcəyim ağlıma gəlməzdi"

- Aynur xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Pedaqoq olmaq mənim uşaqlıq arzum olub. Əslində ingilis dili müəllimi olmaq istəyirdim. O vaxt imtahanlar test üsulu ilə keçirilirdi. İngilis dili müəllimliyinə qəbul ola bilmədim. Amma ibtidai sinifl müəllimliyini seçdim. Yaxşı ki, seçmişəm.
- Amma yəqin ki, ingilis dili müəllimi olmaq istəyi hələ də ürəyinizdə qalıb...
- Bəli, hətta indinin özündə də şagirdlərimə ingilis dili ilə bağlı nə isə kömək lazım olanda edirəm. Qeyd edim ki, qızım ingilis dili sahəsini seçib və bir növ mənim yarım qalmış yolumu davam etdirir.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- Artıq on bir ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Müəllim hər zaman irəliləməli və inkişaf etməlidir. Dərsliklərdən əlavə vəsaitlər həddindən artıq çoxdur. Müəllim bütün vəsaitlərdən tapşırıq verməməlidir. Uşaq üçün çətin olur. Ayrı-ayrı vəsaitlərdən bir mövzu seçib ortaya çıxartmaq lazımdır.
- Öz sahəniz üzrə hansı işləri icra edirisiniz?
- Mən ibtidai siniflərə bütün fənlər üzrə rus dilində hazırlıq keçirəm. Amma bir haşiyə çıxım, özümü Azərbaycan bölməsində də sınamışam. Kifayət qədər uğurlu alınıb. Ümumiyyətlə, hər bir müəllim öz ana dilini mükəmməl bilməlidir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox ibtidai sinif hazırlığı ilə bağlı mürəciətlər olur. Böyük yaş qrupuna aid olan şəxslərə də rus dilini öyrədirəm. İstəyən, müraciət edə bilər. Mən həm online, həm də "NAN" academy tədris mərkəzində işləyirəm. Qeyd edim ki, kursumuzun rəhbəri Nərgiz xanımla işlədiyim üçün özümü şanslı hesab edirəm. Nə yaxşı ki, məhz bu kursda fəaliyyət göstərirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq ünsiyyətcil, mehriban biri sayıram özümü. Xarakterimdə ən sevdiyim və ən qabarıq xüsusiyyətim ədalətli olmağımdır. Ən sevmədiyim ise tez özümdən çıxmağım. Peşəm səbr və hövsələ tələb edir. Çalışıram ki, gərginliyimi işimə yansıtmayım.
- Yaxşı bir müəllim olmaq üçün ilk növbədə nə lazımdır?
- Yaxşı bir müəllim olmaq üçün uşaqları sevmək lazımdır. Onlara qayğı göstərmək lazımdır. Bir də ki, aşırı səmimiliklə, aşırı sərtlik arasında balansı qorumağı bacarmaq gərəkdir. Bir də ki, müəllim öz savadını, biliyini qarşındakı şagirdə ələ metodla izah etməlidir ki, başa düşülən olsun.
- Bir pedaqoq olaraq nəyə "yox" deyirsiniz?
- Dərs proqramının ağırlığına "yox" deyirem. Yuxarıda qeyd etdiyim kimi əlavə dərs vəsaitləri, ev tapşırıqları çoxdur. Uşaqlar bu yükün altında stressə girirlər. Repetitor olaraq işimiz çətinləşir.
- Valideynlərə nə demək istərdiniz?
- Demək istəyirəm ki, valideynlər şagirdlə aramızda olan münasibətə müdaxilə etməsinlər. Müəllimləri heç yerdə pisləməsinlər. Hər bir məsələdə kompromisə getməyi bacarmaq lazımdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, başqasının övladını bu qədər sevə bilərəm.
Əlaqə nömrəsi: (077) 388 37 00