Daxili xəstəliklər üzrə həkim-mütəxəssis Gülçin Quluzadə həzm pozğunluğundan danışdı.

- Həzm pozğunluğunun yaranma səbəbi nədir?
- Həzm pozğunluğunun yaranma səbəbi həm mədə - bağırsaq sistemi xəstəlikləri ilə,həm də günümüzdə daha aktual ola problemlərdən- qeyri düzgün qidalanma vərdişləri,stress faktorları,bəzi dərman maddələrinin uzun müddət istifadəsi,spirtli içki və siqaret qəbulu,qidanın pis çeynənməsi,hamiləlik və s..ilə əlaqədar ola bilər.Həzm xəstəliklərindən(Xr.qastrit,mədə və 12barmaq bağırsaq xorası, h pilory infeksiyası),mədəaltı vəzi xəstəliklərindən(xr.pankreatit),öd daşı,qaraciyər xəstəliklərindən əlavə digər orqanlarda ola problemlərlə məsələn:onkoloji xəstəlikər,bəzi qurd xəstəlikləri,fermentopatiyalar,bəzi umimi xəstəliklər(ŞD,hipotireoz,amiloidoz)ilə də bağlı ola bilər.
- Hansı əlamətləri olur?
- Siptomlar hər kəsdə fərdi olaraq müxtəlif cür təzahur edə bilər.Lakin ümumi olaraq : -köp,mədənin həddən artıq dolma hissi,qarında şişkinlik
- qarında ağrı,ağırlıq,diskomfort hiss.
-gəyirmə(qaz)
-qıcqırma,yanma hissi
-ağızda acılıq
-ürəkbulanma,qusma
-qəbzlik,ishal
-hətta baş ağrı,əsəbilik,depressiv halla da təzahür edə bilər.
- Müalicəsi necə aparılır?
- Müalicə ilk növbədə düzgün qidalanma rejiminin təşkili,bunlara -vaxtı vaxtında az porsiyalarla qidlanma vərdişlərini yaratmaq,gec saatlara qədər ,həzm sistemini qıcıqlandıran,cox kalorili qidalardan cəkinmək pəhrizə əməl etmekdən başlayır.Həmçinin həyat rejimini dəyişmək,stress faktorlarindan qorunmaq,zərərli vərdişlərdən uzaq durmaq,lazımsız,qaydasız,uzun muddət istifade olunan preparat qəbulunu məhdudlaşdirmaq tələb olunur.
Etiotrop müalicəyə gəldikdə isə,bu təbii ki hər bir xəstəyə fərdi yanaşaraq,dispepsiyanı yaradan səbəbin və ya əsas xəstəliyin müalicəsindən başlanmalıdır.
- Nəticələrinizi nəçə müddətdən sonra elde edirsiniz?
- Nəticələrimizə gəldikdə isə bu da təbii ki həzm pozğunluğuna gətirib çıxaran xəstəliklərdən və xəstənin fərdi xüxusiyyətlərindən(yaşından,digər yanaşı xəstəliklərdən,bədənin dərmanı nə dərəcədə mənimsəmə qabiliyyətindən.xəstənin preparatı qəbul qaydalarına düzgün əməl etməsindən,preparatın keyfiyyətindən)asılıdır.
Bu,müalicənin ilk günlərindən başlayaraq sağalma əlamətlərindən tutmuş,etaplı olaraq bir neçə ay davam edən müalicəmiz və son olaraq alınan uğurlu nəticələrimizə qədər mümkündür.
- Daha çox hansı yaş qrupuna aid insanlarda müşahidə edilir?
- Əvvəllər əksər xəstəliklərdə olduğu kimi,həzm pozğunluğu da yaşlı xəstələrdə daha çox görülürdü.Lakin artıq elə bir dörə gəlib çıxmışıq ki,digər xəstəliklər cavanlaşdığı kimi həzmsizlik-dispepsiya da yuxarıda qeyd etdiyimiz səbəblərdən(rejimsizlik.qeyri düzgün qidalanma,stress faktorlar və s..)gənc şəxalərdə daha çox görülən bir vəziyyətə gəlib çıxmışdır.
- Bu mövzu ilə əlaqədar nə demək istərdiniz?
- Məsləhətim həyatın elə ilk illərindən başlayaraq düzgün həyat rejiminə əməl etmək,daim pəhrizli,təbii vitaminlərlə dolu qidalanmaqla həzm sistemini sağlam saxlayaraq özü özünün həkimi olmaqdır.
Əlaqə nömrəsi: (070) 711 16 92