Pedaqoq Afaq Ağamalıyeva: "Fənnə və müəllimə hörmət edən şagird onu sevə-sevə öyrənəcək"
- Afaq xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində mən İqtisadiyyat üzrə hazırlaşırdım, amma anam Riyaziyyat müəllimi olmağımı məsləhət bildi. Həmçinin Sumqayıt şəhərində T.E.T.Gimnaziyanın şagirdi olaraq bütün sinif yoldaşlarım həkimliyə hazırlaşırdı, müəllimlərim nə qədər təkid etsələr də mən Riyaziyyatı seçdim. Nə yaxşı ki, anamın məsləhəti ilə Riyaziyyat müəllimi oldum.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- Artıq 25 ildir ki, bu sahədə Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə işləyirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Həqiqətən də Riyaziyyat elmlərin açarıdır. Riyaziyyat bəşəriyyətə lazımdır. Ona görə də biz müəllimlər şagirdlərə Riyaziyyatın sirlərini, məntiqli tapşırıqları daha qısa və sadə üsulla həll etməyi aşılayırıq. Dəfələrlə şagirdlərim Riyaziyyat fənn olimpiadalarında iştirak ediblər.
- İş prinsipiniz nədən ibarətdir?
- Riyaziyyat nə qədər ciddi və konkret elm olsa da, hər bir riyazi tapşırığın rahat həlli yolu olduğunu göstərməkdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Nəyə "yox" deyirəm- şagirdə fənni məcbur sevdirməyə. Əgər şagird fənnə və müəllimə hörmət edərsə, onu sevə-sevə öyrənəcək.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq ətrafımdakı insanların fikrinə əsasən, mehriban davranışlı, gülərüz, peşəsini sevən və daim özü üzərində çalışan biriyəm.
- Ailəsinizmi?
- Ailəliyəm, 2 övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, həyatda elmdən gözəl heçnə yoxdur. Xüsusilə mütaliə etsinlər. Kitablar bizim ən yaxşı dostlarımızdır.
Əlaqə nömrəsi: (070) 528 18 28