İngilis-dili müəllimi Aytəkin Xəlilova: "Azərbaycanın hər yerindən tələbələrimin olacağına inanmazdım.
- Aytəkin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim təsadüf deyil. İngilis dilinə marağım kiçik yaşlarımdan formalaşmağa başlayıb. Sevdiyim xarici müğənnilərin mahnılarını dəftərə yazıb onlarla bərabər oxuyurdum, alt yazılı xarici seriallara baxırdım və bəzən həmin serialların dublajlı və alt yazılı seriyalarını tapabilmirdim o vaxtlar qərara gəldim ki bu dili elə öyrənəcəyəm ki, nə alt yazı nə dublaj axtaracam (gülür). Beləcə, bu sahəyə doğru yönəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Hardasa 3 ildir ki, İngilis dilini tədris edirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə bir neçə iş icra edirəm. Pdf formatlı kitab hazırlamışam hardasa bir ildir. İdiomlar haqqında. Və həmin pdf kitabdan sonra demək olar ki instagram platformasında az bilinən idiomlar partlayışa keçdi. Hətta bir kitab layihə üzərində də çalışıram yenə pdf formatlı. Bundan əlavə təlim/marafonlar keçirəm bir neçə aydan bir hansı ki geri dönüşlər MÖHTƏŞƏMDİR.
Səhifəmdə isə dil öyrənmək istəyənlər kifayət qədər faydalı məlumatlar əldə edə bilər.
- İş prinsipiniz nədən ibarətdir?
- Əlimdən gəldiyi qədər dərsdə sıxıcı atmosferi boğmağa çalışıram. Mənim üçün dərsdə həm tələbə, həm də müəllimin relax olması çox vacibdir. Heç bir tələbə sual verməkdən belə çəkindiyi bir müəllimdən sevərək heç nə öyrənə bilməz. Səmimi ortam mənim üçün çox önəmlidir və tələbələrə sıxıcı testlər, səhifə - səhifə qrammatik qaydalar işlətmək mənlik deyil, əlimdən gəldiyi qədər dərsi rəngləndirməyə çalışıram... Ki vaxtın necə belə keçdiyini bilmirik.
- Son zamanlarda size daha çox nə ilə bağlı müraciətlər olur?
- Son vaxtlar mənə ən çox abituriyentlər müraciət edir, amma abituriyent hazırlamıram.
- Bir mütəxəssis olaraq neyə "yox" deyirsiniz?
- Əvvəllər "yox" deyə bilməsəm də artıq oxumadan bir neçə aya mükəmməl dil öyrənmək istəyən tələbərə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq yerinə görə ciddi, yerinə görə zarafatcıl biriyəm. Həddən artıq empatiya qururam, bəzən bu yaxşı nəticə vermir (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bir müəllim kimi onu məsləhət görərdim ki "dil öyrənə bilmirəm", " Dil öyrənmə bacarığım yoxdur" deməzdən əvvəl düşünsünlər "əgər öz dilini öyrənə bilmisənsə deməli səndə də dil öyrənmə bacarığı hərkəsdə olduğu kimidir, sadəcə potensialını üzə çıxart". Bir insan kimi də məsləhət görərdim ki, yeniliyə açıq olun, özünüzə, biliyinizə, savadınıza yatırım edin, inkişaf edin, şükür edin. Sabah bu sizə qatlanaraq geri dönəcək...
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu səhəni seçəndə ağlıma gəlməzdi ki, səhifə açaraq minlərlə insana xitab edəcəm, Azərbaycanın hər yerindən tələbələrim olacaq...
Əlaqə nömrəsi: (050) 365 32 86