ÖMÜR Təlimlər qrupu təsisçi və rəhbəri. Bir neçə beynəlxalq mükafatlar laureatıçısı, Peşəkar Defektoloq Loqoped, "Elmin Nuru tədris inkişaf psixoloji mərkəzin pedaqoq defektoloqu Günay Səfərova nitq ləngiməsidan danışdı
- Günay xanım, uşaqlarda nitq ləngiməsi necə olur?
- Bu gün təssüflər olsun ki, müxtəlif səbəblərdən nitq inkişafında ləngiməsi olan uşaqların sayı daha da çoxalır. Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür; onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və onun üçün ən yaxşı həkim və mütəxəssis seçməlidirlər.
Uşağın nitq inkişafı artıq 6-7 ayından başlayaraq əsası qoyulur belə ki,bu aylarda uşaqlar qığıldamaqla,müxtəlif qısa hecalarla (dadad,bababa,bv,nanana və s.) babıldama dönəmi və bu dönəmdən sonra artıq danışıq prosesinə hazırlaşırlar. Normalda qız uşaqları artiq 12-ayda 10-15 söz deyə bilir. Oğlan uşaqlarında bu proses qızlara nisbətən bir neçə ay daha ləng gedir.
Uşaqlarda nitq ləngiyirsə, artıq bunun səbəbini araşdırmaq lazımdır.
Bu ləngimənin səbəbi nələrdir?
- Uşaqlar danışmırsa əvvəlcə düşünmək lazımdır ki, uşaq eşidirmi ? Çünki anadan gəlmə eşitmə danışma məhdudiyətli doğula bilər. Uşaqlarda danışma gecikməsinin və pozulmasının ən əhəmiyyətli səbəblərindən biri eşitmə itkisidir. Eşitmə itkisi anadangəlmə ola bilər və ya sonradan inkişaf edə bilər. Eşitmə itkisi orta qulaq, xarici qulaq, daxili qulaq və ya eşitmə kanalları zədələndikdən sonra baş verə bilər. Bu, uşağın danışma pozğunluğuna səbəb ola bilər.
Uşaq deyilənləri anlayırmı? Belə ki bəzi uşaqlarda əqli gerilik, inkişaf ləngiməsi bəlkədə psixi problemlər və ya autizm ola bilər. Deyilənləri anlamaya bilər.
Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar. Bəzən də düşünürlər ki, yəqin vaxtı gələndə danışacaq, çünki ailədə, nəsildə gec danışan olmayıb .Bəzəndə atasi bibisi əmisi anasi gec danişib deyib zamaninda mutəxəsissə muraciət edmirlər.
Unutmaq lazim deyil ki, uşağın nitqinin yaşına görə ləngiməyini bioloji və sosioloji faktorla əlaqələndirir: Bioloji faktor dedikdə, həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş travmalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar. Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. aid edmək olar. Ailədə çoxdillilik, pedaqoji baxımsızlıq, valideynlər arasında düzgün olmayan münasibətlər uşağın psixi və əqli inkişafına təsir göstərir. Çoxdilli ailələr bilməlidir ki, uşaqlar 5 yaşadək nitq tam formalaşana bir dildə müraciət etməli. Ona iki və üç dildə müraciət edirlər ki, nəticədə nitqin formalaşması, anlama, qavrama bacarıqaları ləngiyir. Nitqin inkişafınin ləngiməsinə təsir edir.
Daha cox hansi yaş qruplarina aid uşaqlar olur?
-2-5yaş qrupuna aid uşaqlarda müşahidə olunur. Amma 4-5 yaş belə ləngimə sayılır.
- Müalicəsi necə aparılır?
- Bəzən valideynlər bu halda yanlız nervpataloqa müraciət edir, amma bu çox yanlışdır. Nitq ləngiməsi həm tibbi, həm psixoloji, eyni anda pedaqoji problem olduğu üçün müalicə kompleks şəkildə olmalıdır.
- Nəticələri neçə müddətdən sonra əldə edirsiz?
- Hər pasient fərdi çalışılır və hər fərd özəldir. Ailə üzvləri də aktiv olarsa, seanslara davamlı gələrlərsə, 3-6 ay ərzində bu problemi həll etmək olar. İlkin nəticələr ümumi olaraq ilk ayda seanslara hiss olunur.
- Əlamətlər nələrdir?
- 12 ay – jestlərdən istifadə etmir - sağol etmək, işarə edərək göstərmək və s. Səsləri təqlid etməkdə və başa düşməkdə çətinlik çəkir. Nitqin olmaması aqressiyanın da yaranmasına səbəb olur. Fikrini sözlərlə ifadə edə bilməyən uşaq gərginləşir və vurma, ağlama, özünü yerə çırpma kimi davranışlar nümayiş etdirir.
- Sonda bu movzu ilə bagli nə demək istərdiz?
- Bir mutəxəsis kimi valideynlərə tövsiyyəm budur ki, erkən zamandan uşaqları telefon, planşet, televizorla tanış etməsinlər. Uşaqlarında nitqi ilə bagli problemin fərqinə vardıqda mütəxəssis dəstəyi almaqdan cəkinməsinlər. Onlarla bacardıqları qədər zaman keçirtsinlər. Bu, onların psixi və nitq inkisafina faydalıdır. Hər axşam nağıl danışsınlar. Uşaqlar bizim gələcəyimizdir. Zamanında yaranan problemlərin korreksiyasına başlayaq ki, həyat addımları sağlam və uğurlu olsun.
Əlaqə nömrəsi: (070) 867 51 77