Bioenerji üzrə mütəxəssis Nilufər Altay: "Bu qədər insanın həyatına təsir edəcəyim ağlıma gəlməzdi"
- Nilufər xanım, necə oldu ki bu sahəni seçmək qərarına gəldiniz?
- Bu sahəni seçmək mənim üçün daxili çağırış idi. İnsanlara ruhani və emosional problemlərini həll etməkdə kömək etmək, onların öz daxili potensialını kəşf etməsinə vasitəçi olmaq istəyim bu qərarı verməyimə səbəb oldu. Həm də öz şəxsi inkişaf yolum məni bu sahəyə istiqamətləndirdi. İllərlə üstümdə işlədikdən sonra Azərbaycanlı birilərindən deyil də ancaq xarici şəxslərdən dərs aldığımın fərqinə vardım. Bu səbəbdən niyə də Azərbaycanda belə bir addım olmasın deyib addımı atmağa başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2019-cu ildən bəri kurslar alır özümü bu sahəyə hazırlayırdım. Artıq bir neçə ildir ki, bu sahədə fəaliyyət göstərirəm və bu müddət ərzində həm özümün, həm də mənə müraciət edənlərin həyatında müsbət dəyişikliklərə şahid olmuşam.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Spiritual terapiya, Bioenerji üzərində iş, meditasiya texnikaları, insanlara ruhani inkişafında dəstək, enerjilərinin fərqinə varmalarına kömək etmək və fərdi məsləhətlər vermək əsas fəaliyyət sahələrimdir. Bununla yanaşı, insanlar üçün fərdi inkişaf marafonları təşkil edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim qarşı tərəfi diqqətlə dinləmək, onun ehtiyaclarını başa düşmək və şəxsə uyğun həll yolları təklif etməkdən ibarətdir. Hər zaman səmimiyyət, empatiya və dürüstlük ön plandadır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda daha çox emosional balanssızlıq, qıtlıq bilincindən çıxmaq,stresin idarə edilməsi və şəxsi inkişafa nail olmaqla bağlı müraciətlər artır. İnsanlar daxili sülh və harmoniya axtarışındadır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mən etik olmayan hər hansı bir yanaşmaya və insanların manipulyasiyasına qəti şəkildə "yox" deyirəm. Həmçinin, kənardan gələn basqılara uyğun olaraq hər kəsə eyni, standart bir yanaşma tətbiq etməyə qarşıyam.
- Xarakter olaraq necə birisiniz?
Səmimi, anlayışlı və pozitiv bir insanam. İnsanlara kömək etməyi və yeni şeylər öyrənməyi çox sevirəm. Hər zaman həssaslıqla yanaşı, iradəli və məqsədyönlü davranmağa çalışıram.Yeni bir məlumat öyrənəndə bunu tələbələrimlə paylaşmaq üçün xüsusi həyəcan keçirən biriyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman öz daxili səsinizi dinləyin, çünki sizin ən doğru bələdçiniz odur. Ruhən və fiziki olaraq sağlam qalmaq üçün özünüzə zaman ayırın, təbiətə yaxın olun və müsbət düşünməyə çalışın.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər insanın həyatına təsir edib onların daxili işığını oyada biləcəyəm. İnsanlara kömək etməyin bu qədər ruhlandırıcı və mənəvi zənginlik gətirən bir təcrübə olduğunu təsəvvür etməzdim.
Əlaqə nömrəsi: (077) 309 74 80