Peşəkar müəllim Xəyalə Rzayeva: "Hədəfə doğru inamla addımlamaq əsas iş prinsipimdir"
- Xəyalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bir söz var eşitmisiz deyirlərki, elə insanlar varki doğuşdan müəllim doğulurlar. Mən özümü bildim biləli müəllim olmaq istəmişəm. Hətta bir müddət psixologiya üzrə eyitimlər aldım Türkiyədən, Rusiyadan ikinci təhsil kimi universitetə imtahanda verdim. Amma son anda anladımki mən müəllim olduğum üçün özümlə qürur duyuram mən öz peşəmə aşiqəm. Bu peşəmdə insanlara daha çox faydam toxunur. Həm şagirdlərimin həm də valideynlərimin həyatına toxunub yaxşı yöndə dəyişdirə bilirəm. Hər Müəllimin uşaqların düzgün bir şəxsiyyət kimi formalaşmasında inancının qırılmamasında çox böyük rolu var. Məndə çox həssaslıqla yanaşıram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 9 ildir ki, mən bu əvəzsiz adı müəllim adını daşıyıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən həm də peşəkar repititoram. Demək olar ki, Azərbaycamının bütün bölgələrindən hazırlaşdırdığım və yetişdirdiyim müəllimlər, magistrantlar, abituriyəntlər, tələbələr var. Müəllifi olduğum rus bölməsi üzrə nəşr etdiyim informatika fənni üzrə kitabım var.
- İş prinsipiniz nədən ibarətdir?
- Nə baş verirsə versin, təslim olmamaq. Hədəfə doğru böyük inamla və qərarlı şəkildə addımlamaq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Azərbaycan və Rus bölməsi üzrə online və əyani şəkildə informatika fənni üzrə hazırlıqlarla bağlı daha çox müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Haqsızlığa, doğru olmayan hər şeyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim, pozitiv, sevgi dolu, güclü motivator.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz daxili gücünüzü kəşf edin və bu gücünüzü inkişaf etdirin.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həm öyrənib, eyni zamanda həm də öyrədəcəyəm. Öz üzərimdə daha çox çalışıb inkişaf edəcəyəm. Çox tanınıb seviləcəyəm. İndiki mənə çox təşəkkür edirəm.
Əlaqə nömrəsi: (055) 608 68 45
Instagram: abituriyent_dim_informatika
Teleqram: İnformatikaDİM