Pedaqoq Şəlalə Mehdiyeva: "Uşaqları həm savadlı, həm də bir şəxsiyyət kimi yetişdirmək əsas iş prinsipimdir"
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaq yaşlarından öyrətməyi çox sevirdim. Üçüncü sinifdə oxuyanda məhəllənin uşaqlarını yığıb "müəllim-şagird" oynayırdım. Hər zaman da müəllim mən olurdum. Ən əsası, ibtidai və fizika müəllimlərinin sevgisindən yaranırdı bu həvəs.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənin üzrə hansı işləri görürsünüz?
- Ali məktəbə hazırlıq, təkmilləşdirmə və s. işləri icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Uşaqları həm savadlı, həm də bir şəxsiyyət kimi yetişdirmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Öz ixtisasım üzrə 9, 10, 11-ci siniflərin hazırliqlari ilə bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Şagirdləri təhqir edən, orta məktəbdə ayrı-seçkilik edən, ən əsası uşaqlar arasında fərq qoyan müəllimlərə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox səmimi, yalanı bağışlamayan və ədalətli biriyəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İxtisasları ne olursa olsun, işinin peşəkarı və vicdanlı, ədalətli insanlarla səmimi empati qurmağı bilsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər sevilərəm.
Əlaqəni nömrəsi: (055) 951 39 19