Psixoloq Nurtən İbrahimova: "Psixoloji pozuntuların əsasında uşaqlıq travmaları və gözləntilərin uğursuz nəticələnməsi dayanır"
- Nurtən xanım ,necə oldu ki bu sahəni seçmək qərarına gəldiz?
- Məlum məsələdir ki, uşaqlıqdan müəyyən sahələrə maraq müxtəlif yaş mərhələlərində istək və həvəs əsasında ortaya çıxır. Burada deyə bilərəm ki, uşaqlıqdan daha çox öyrənməyə can atıb müəllim olmağı istərdim. Universitetə hazırlıq üçün "Azərbaycan dili"fənni istisna olmaqla (doğma dilimizi daha mükəmməl bilməliyik) repetitor yanına təlimə getmədim. Məqsədim nəyisə əldə edirəmsə, səy göstərib öyrənmə yollarını kiminsə vasitəsilə deyil səy göstərərək etmək idi . Düşünürdüm ki, elmi biliklər kitabda, öyrənmək isə mənim əlimdədir.
Psixologiya sahəsini seçmədim, bu mənim ən gözəl təsadüfi şansım idi. Nəhayət, 2019-cu il Bakı Qızlar Universitetində Psixologiya sahəsi üzrə təhsil almaq mənə də qismət oldu . Bununla yanaşı "azərbaycan dili " fənni üzrə hazırlıq təşkil etdim 5 nəfərdən ibarət kiçik qrupumu yaratdım. Bu zaman onları daim müşahidə edirdim. Bir sual və fərqli cavablar, fəqli düşüncələr. Bu, məndə böyük maraq yaratdı. İnsan psixologiyasını öyrənməli idim. Mən psixologiya sahəsilə tanış oldum və özümü bu sahədə tamamladım. Birinci özümü tanıdım və başlıca məqsədim insanları daxilində olan incə ruhlarilə tanış etmək oldu.
- Artıq neçə ildir ki bu sahədə çalışırsınız?
- Artıq 5 ildir ki sahəm üzrə məqsədimi istəklərim üzərindən həyata keçirməyə adım-adım irəliləyirəm. Nəticələrim uğurludur.
- Öz sahəniz üzrə hansı işlər görürsüz?
- Bu sahədə ali təhsilim və 30-a yaxın sertifikatlarım var. Həmçinin müəyyən mövzular üzrə ümumi sorğular keçirib nəticələr əldə etmişəm .Bu sahə hər yeni gün yeni təcrübələrlə zənginləşdirilməlidir.
- Əsas iş prinsipiniz nədir?
- Hal-hazırda aktual olan özgüvənsizlik problemini aradan qaldırmaq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ailə məişət problemlərindən yaranan qarşı tərəf sevgisizliyi, özgüvən əksikliyi, uşaqlarda valideyin diqqətsizliyi və s. məsələlərlə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Məqsədim varsa, inadlı, uğura gedən yolda isə iradəli biriyəm. Ən əsası, düşüncələrim daim ənlərdən olmaqdır.
- Oxuculara nə məsləhət görürsüz?
- Psixoloq məsləhət verə bilməz. Psixoloq, müraciət edən şəxsi (hansı ki, həmin şəxs qərar verməyi bacarmır) özü və yaşadıqlarilə üzləşdirib yekunda rahat qərar verməyə şərait yarada bilər
Əlaqə nömrəsi: (050) 750 21 81