Şirniyyatçı Göyçək Məmmədova: "Bu gün bu pillədə olacağım ağlıma gəlməzdi"

- Göyçək xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ailəm üçün hazırladığım tortların dadına baxanların bəyənməsi, onların "bunu biznesə çevirməlisən" deməkləri ilə bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Fərqli görünüşdə və tərkibdə tortlar edib, sifarişçiləri razı salmağa çalışırıq.
- İş prinsipiniz nədən ibarətdir?
- Bu yolda iz salacaq bir mərhələyə gəlmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Müştərilər özəl günlərini bizimlə gözəlləşdirmək istəyirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Həddindən artıq işləməyə və günlük iş saatını keçməməyə "yox" demeyə başlamışam.
- Xarakter olaraq necə birisiniz?
- Mərhəmətli və həssas biriyəm.
- Ailəlisinzimi?
- İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Tutduqları yolda həvəsli olmalarını, geri cəkilməmələrini, inadkar və əzimli olmaqlarını məsləhət görürəm.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu gün bu pillədə olacağam və bu sahənin mən çox şey qazandıracaq. İstər maddi, istər dostluqlar və s.
Əlaqə nömrəsi: (055) 655 52 89