Dr. Kosmetoloq Zənurə Cahangirova: "Mənim üçün ilk növbədə işimin keyfiyyətidir"
- Zənurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ağ xalat geyinmək və tanınmaq uşaqlıq arzum olub. Bir çox əziyyətlərdən keçərək bu sahəyə gəldim. Şükür ki, istəyimə çatdım
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 6 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Eyni zamanda bədən səkilləndirmə, qaş permanenti, qalıcı layner və s. de edirəm.
- İşinizdə sizin üçün vacib olan nədir?
- Mənim üçün ilk növbədə işimin keyfiyyətidir. Heç vaxt pulun arxasıyca qaçmamışam.
- Bəy pasiyentləriniz də olur?
- Xeyr, ancaq xanımlarla çalışıram.
- Bir kosmetoloq olaraq nəyə "yox", deyirsiniz?
- Atılan yalnış addımlara "yox", deyirəm. Xanımlar bəzən gəlib deyirlər ki, özümüzü gözəlləşdirmək istəyirik. Amma bir müddətdən sonra deyirlər ki, üzümüz yaxşı olmadı. Onlar burun dolğusu, yanaq dolğusu, dodaq dolğusu, botoks və s. edirlər. Mən onlara izah etmək istəyirəm ki, bu, gözəllik deyil. Sadəcə olaraq bir görünüşdür. Üzün əzələsinin heç bir bərpası deyil. Bu görünüş isə bir müddətdən sonra sona çatır, üz düşməyə başlayır və xanımlar da bundan narazılıq edirlər. Biz daxili gözəlliyimizi və təmizliyimizi bərpa etməliyik. Üzün strukturasını düzgün qurmalıyıq. Son zamanlarda xanımlar viziual olaraq bir-birinə oxşayırlar. Bu da xoşagələn hal deyil.
- Bir xanımın simasında onu ən gözəl göstərən üzvü hansıdır?
- Məncə, qaşla, gözüdür.
- Xarakter olaraq necə birisiniz?
- Sadə və səmimi bir insanam. Bunu ətarfimda olan insanlar da təsdiq edə bilərlər.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görərdiniz?
- Bəzi xanımlar var ki, onlar ruh düşkünlüyü yaşayırlar. Çirkin xanım yoxdur, baxımsız xanım var. Xanımlar özlərinə vaxtında qulluq etsələr yaxşı olar. Onda gələcəkdə yarana biləcək fəsadların da qarışısını almaq asan olur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu sahədə bu qədər tanınaram, bu qədər uğur əldə edərəm.
Əlaqə nömrəsi: (070) 860 09 79














