Kosmetoloq Günel Mahmudi: "Bu işi bu qədər sevəcəyim ağlıma gəlməzdi"

- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ali təhsilliyəm. Xanımların gözəlliklərinə gözəllik qatmaq üçün və kosmetologiyanı sevdiyimə görə bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Yeniliklərə hər zaman açığam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Son zamanlarda xanımlar aşırı dərəcədə komsetoloji prosedurlar istəyirlər. Mən bunun əleyhinəyəm. Hər zaman deyirəm ki, biz yüngül toxunuşlarla xanımların gözəlliklərinə gözəllik qata bilərik.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Aşırı dərəcədə prosedur edən xanımlara "yox", deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim, insanları sevən biriyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, hər zaman hansı prosedurlara gedəcəklərini öncədən araşdırsınlar, onlara tətbiq olunacaq preparatların tərkib hissəsini öyrənsinlər, araşdırsınlar və düzgün mütəxəssisə yönəlsinlər.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işi bu qədər sevərəm.
Əlaqə nömrəsi: (055) 323 13 11