Psixoloq Günel Həsənli mutizmdən danışdı

Mutizm…
Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu Mutizm adlanır. DSM aşağıdakı kriteriyaları mutizm üçün müəyyən etmişdir:
-Müəyyən sosial vəziyyətlərdə danışmamaq,lakin buna baxmayaraq digərlərində danışmaq.
-Təhsil,peşə və sosial münasibətlərə təsir etməsi.
-Danışmamaq halının danışma diliylə əlaqəli bir çətinlikdən irəli gəlməməsi.
-Danışmamağın müəyyən bir nitq qüsurundan irəli gəlməməsi.
Mutizmin 2 növü var: Total və Selektiv mutizm
Total mutizm zamanı insan heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır.Ünsiyyətə girmək istəyi nadir hallarda fikrini yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir.
Selektiv mutizm,yəni seçici susma,uşağın tanıdığı mühitdə,məsələn,ev mühitində axıcı və səlis danışmasına baxmayaraq,danışmasının gözləndiyi məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır.Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur.
Əsas simptomları:
- Psixi inkişafın yaşa görə ləngiməsi;
- davranışın çətin sosiallaşması;
- emosional sahənin disharmoniyası: sosial mühitdə həyəcanlanma,başqalarının ona diqqətindən ehtiyatlanma,utancaqlıq və qorxu;
- sosial fobiyaların situativ əlamətləri;
- ünsiyyət zamanı nitqdə reqressivlik;
-təlim çətinlikləri,öyrənmə marağının zəifliyi;
Uşağın danışmaması onun təhsilini,sosial ünsiyyətini minimuma endirir.
Yaranma səbəbləri
Yaşanılan psixi travma ( yaxın adamın ölməsi,təcavüz,maşın qəzası,valideynlərin boşanması,yaşayış sahəsinin dəyişdirilməsi və s.) və ya valideynlərin tərbiyə üsulunun düzgün olmaması,çox nəzarətçi və mükəmməlliyyətçi olması kimi səhv ana- ata tutumları uşağın bəzi ortamlarda danışmamağına səbəb olur.Bu hal sonradan onlarda ünsiyyətə soyuqluq yarada bilir.
Selektiv mutizmə sahib uşaqlar müalicə olunmadıqları vəziyyətdə təhsilləri və sosial münasibətləri ciddi zərər görmüş olur.İçinə qapanıq və özgüvəni aşağı şəxslər olmaq riski ilə qarşı-qarşıya gəlirlər.
Əlaqə nömrəsi: (051) 874 72 65
Instagram: psixoloqgunelhsnli_