Həkim kosmetoloq, Hicama üzrə mütəxəssis Aybəniz Əliyeva: "Gözəllik ondursa, doqquzu kosmetoloji prosedurlardır"

- Aybəniz xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən tibb sahəsini uşaq yaşlarımdan sevmişəm. Ən böyük arzum həkim olmaq idi. Ailə üzvlərimin təkidi ilə xarici dillər universitetinə daxil oldum. Düzdür, müəllimlik böyük və şərəfli peşədir. Uzun illər müəllim kimi çalışdım və şagirdlərim tərəfindən sevildim. Lakin özümü bu sahədə tam görə bilmədim. Ağ xalat geyinmək arzusu var idi ürəyimdə. Qarşıma məqsəd qoydum ki, öz arzumu gec də olsa reallaşdırım. Buna nail oldum. 2019-cu ildə kosmetologiya üzrə tədris kurslarına yazıldım. Tam olmasa bu da, arzuma çatdım. Şükür ki, bu sahədə kifayət qədər nailiyyətlərim və uğurlarım var.
- Bizdə olan məlumatlara görə, siz həm də fərdi sahibkarlıqla məşğulsunuz...
- Bəli, mən həm də kiçik sahibkaram. Kosmetologiyaya aid şəxsi biznesim var. Bura aparat kosmetoloji prosedurlar və s. daxildir. Vergi ödəyicisiyəm.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Bəylər çistka, hicama, botoks və mezo ilə bağlı, xanımlar isə kosmetaloji prosedurların hər birinə görə daha çox müraciət edirlər. Çunki statusum hamıya maraqlı gəlir - "10 yaş cavanlaş".
- Sizin işinizdən vacib olan nədir?
- Mən işimi çox sevirəm. Xəyalımı günbəgün gərkəçləşdirirəm. Mənim üçün müştəri məmnuniyyəti ən önəmlisidir. Onların üzündə gülüş, gözlərində sevinc görmək mənə stimul verir. Pulu hər zaman qazanmaq olar. Amma insanların etibar və etimadını qazanmaq çətindir. Mənə elə gəlir ki, mən bunu qısa müddət ərzində qazanmağı bacardım.
- Bu sahədə sizi narahat edən nədir?
- İşinin peşəkarı olmayan bəzi kosmetoloqların etdikləri səhvlər məni çox narahat edir. Bir çox hallarda onların gördükləri səhv işlər nəticəsində pasiyentlər ziyan görürlər. Fəsadlar ortaya çıxır. O fəsadları da biz aradan qaldırmağa çalışırıq.
- Nəyin əleyhinəsiniz?
- Haqsızlığı və yalanı sevmirəm. Eyni zamanda, bu sahədə olduğum üçün keyfiyyətsiz preparat və dərmənların əleyhinəyəm.
- Son zamanlarda xanımlar vizual olaraq bir-birlərinə oxşayırlar. Bu nə ilə əlaqədardır?
- Bəli, xanımlar gəlib deyirlər ki, bizi filan xanıma oxşat. Bu da düzgün deyil. Çünki hər sima individualdır. Mən hər zaman təbiiliyin tərəfdarı olmuşam.
- Bir kosmetoloqun siması onun işinin "passport"udur. Özünüz özünüzə hansısa prosedurları edirsinizmi?
- Hər kəsin işi onun reklamdır. Təbii ki, prosedura gələnlər ilk olaraq biz kosmetoloqların üzünə baxıb prosedur etməyə qərar verirlər. Mən də üzümə qulluq etməyi çox sevirəm. Bir preparatı firmalar mənə təklif edəndə onu ilk olaraq özümdə və ailə üzvlərimdə test edirəm. Mənim yaşımı mənə vermirlər. Özümdən bir atalar misalı kəşf etmişəm. Gözəllik ondur, doqquzu kosmetoloji prosedurdur (gülür).
- Sizcə, bir xanımı daha gözəl göstərən onun hansı üzvüdür?
- İnsanı bir-birindən fərqləndirən onun göz-qaşıdır. Ümumiyyətlə, təbiiliyi pozmamaq lazımdır. Sadəcə olarəq, yüngül toxunuşlarla gözəlliyə gözəllik qatmaq lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim biriyəm. Hər kəslə yola gedirəm. Allaha bağlı bir insanam. Haramı, haqsızlığı sevmirəm.
- Ailəlisinzimi?
- Xeyr, ailəli deyiləm. Bir qız övladım var. Övladım mənim dünyamdır.
- Xanımlara nə məsləhət görürsünüz?
- Qoclamağı gözləməsinlər. Kosmetoloji prosedurlardan vaxtında yararlansınlar ki, üzlərinə dərin qırışlar düşməmiş qarşısını almaq həm bizə, həm də onlara asan olsun. Vaxtında olunan müdaxilə qocalmanı ləngidir.
- Mən bu işi seçərəkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər sevilərəm, mənə bu qədər tələbat olar. Kaş ki, bu sahəyə daha tez gələrdim.
Əlaqə nömrəsi: (050) 308 92 52
Instagram: 10_yas_cavanlas
Tik-tok: 10_yas_cavanlas