Neonatoloq Aygün Qasımova: "Valideyn məmnunluğu görəndə özümü xoşbəxt hiss edirəm"

- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Elə uşaqlıqdan həkimlik peşəsinə marağım olub. Dəstəkçim isə anam olub. O, uzun müddət tibb bacısı işləyib. Məni həkim kimi görmək onun da arzusu olub.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2006-cı ildən bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən Doğum şöbəsində yenidoğulmuşların həkimiyəm . Çətin və ya xəstə doğulmuş uşaqlara yardım etmək, onları canlandırmaq, sonrakı adaptasiyasını bərpa etmək, ümumiyyətlə, analara sağlam uşaq bəxş etmək mənim amalımdı.
- İş prinsipiniz nədən ibarətdir?
- Valideyn məmnunluğu görəndə özümü xoşbəxt hiss edirəm. Bunun üçün də gəcə-gündüz çalışıram.
- Bir həkim olaraq nəyin əleyhinəsiniz?
- Son zamanlar uşaqlara yerli - yersiz dərman preparatları təyin olunur. Mən bunun tam əleyhinəyəm. Yaxşı olardı ki, bir çox həkimlər buna fikir versinlər.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə sakit təbiətli bir insanam.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işi seçərkən ağlıma da gəlməzdi ki, bu işin çətin, gecəsi - gündüzü olmayan ağır tərəfləri var. Hər şeyə rəğmən mən öz peşəmi sevirəm. Yaxşı ki, mən neonatoloqam.