İngilis dili müəllimi Südabə Dəmirova: "Şagirdlərə bu qədər yaxın olacağım ağlıma gəlməzdi"
- Südabə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Orta məktəbdə ilk dəfə ingilis dili fənni keçiriləndə, bu dili cox sevdim. Sonra müəlliməmdən hansi universiteti bitirdiyini soruşdum və 5-ci sinifdə gələcəyin ingilis dili müəllimi olacağam dedim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 13 ildir müəllim kimi fəaliyyət göstərirəm.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Abituriyent hazırlığı, liseydə dərnək dərsləri keçirəm. Müəllimlər üçün olan təlim və forumlara qatılıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Şəhid qızı olduğum üçün tədbirlərə dəvət edilirəm.10 il özəl kurslarda çalışmışam, yenidən işləmək üçün müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İnsanların hüquqlarının tapdalanmasına, bəzi insanların fərd kimi başqalarına onəm verməyib əzmələrinə, kobud davranışlara və s. yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Nikbin xarakterli, insanlari səbrlə dinləyən, hər kəsin dərdinə dərman olmağa çalışan xarakterim var.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Daim oxumalarını, hər zaman həqiqət axtarışında olmalarını məsləhət görurəm. Oxuyan insanların qəlbi heç vaxt ölmür, düşüncələri daim xoş olur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən şagirdlərlə bu qədər yaxın olacağım ağlıma gəlməzdi. Gəncə, Bakı, Qubada məni bu qədər sevənim olacağını düşünməzdim. Nə yaxşı ki, müəlliməm. Can Azərbaycan üçün çalışıb, Vətənə xeyirli, savadlı şagirdlər yetiştirmək hər zaman niyyətim olub.