Klinik psixoloq Sara Fərid: "Bu sahənin məni bu qədər dəyişəcəyi ağlıma gəlməzdi"

- Sara xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Psixologiya sahəsi mənim ikinci ixtisasımdır, öncə mən Dillər Universitetini bitirmişəm və pedagoji universitetdə ingilis dili müəlllimi olaraq işləmişəm. Psixologiya çox cazibədar bir elm sahəsidir, o sahəyə daxil oldunsa, çıxmaq çətindir. Öyrəndikcə öyrənmək istəyir insan.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə seminarlara qatılıram, konfranslarda iştirak edirəm, çox mütaliə edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar mənə daha çox panik atak, təşviş pozuntusu ilə bağlı müraciət edirlər.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Televiziyalarımızda olan bayağı verilişlərə və aparıcılara yox deyirəm, cəmiyyət olaraq bu heç də bizim xeyrimizə deyil. İnsanlarda əsəb, stress yaradır bu kimi verilişlər.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə məqsədyönlüyəm.
- Ailəlisinizmiz?
- Ailəli olmuşam, yoldaşım rəhmətə gedib.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, açıq havada çox gəzsinlər, neqativ informasiyalardan uzaq durunsunlar, meditasiya etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahənin məni bu qədər dəyişəcəyi ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (050) 315 42 45