Yaşam koçu Türkan Tahirli: "İşimdə nəticə əldə etmək əsas iş prinsipimdir"

- Türkan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uzun illər takevando idman növu ilə məşğul olmuşam. Milli komandada çıxış etmişəm. Kifayət qədər uğurlarım və nəticələrim olub. Amma zədə səbəbindən karyeramı bitirmək məcburiyyətində qaldım. Rəfiqəmin məsləhəti ilə mərkəzlərdən birinə işə düzəldim və gördüm ki, bu iş məndə alınır.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, bu sahədə fəaliyyət gostərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Əqli gerilik, autizm sindromu və s. problemlərlə məşğul oluruq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox uşaqların sosiallaşa bilməməkləri ilə bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər hansı bir uşaqdan müsbət nəticə almamış ondan əl çəkmirəm. Əsas iş prinsipim budur. Nəticə mənim üçün çox önəmlidir.
- Nəticələrinizi neçə müddətdən sonra alırsınız?
- Bu nəticə hər bir uşağa görə dəyişir. Amma ümumilikdə uzağı bir aya nəticələrimiz olur.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq sakit və mülayim bir insanam.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Mən həmişə demişəm ki, öyrənə bilməyən uşaq yoxdur, öyrədə bilməyən müəllim var. İndi çoxları mərkəz açıb öz işlərini yüksək səviyyədə təqdim edirlər. Mən bu halların əleyhinəyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görərdiniz?
- Valideynlərə demək istərdim ki, bizim burada gördüyümüz işlə kifayətlənməsinlər. Özləri də evdə uşaqları ilə məşğul olsunlar. Çünki onda nəticələr daha yaxşı və tez olur.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu qədər tanımış bir mütəxəssis olacağam.
Əlaqə nömrəsi: (055) 620 12 20