Jalə Mirsaab Layihəsi Təhsildə və Tibbdə birgə inteqrasiya spikeri Ülviyyə Əfəndiyeva

Əfəndiyeva Ülviyyə Vahid qızı.
01.11 1985-ci ildə Bakı şəhərində doğulmuşam. Nərimanov rayonu 37 saylı tam orta məktəbdə təhsil almışam. Məktəbin sayılıb seçilən şagirdlərindən olmuşam. Fənn olimpiadalarında daima 1,2-ci yerləri qazanmışam .2003-cü ildə orta məktəbi bitirib ali məktəbə qəbul olmuşam. İlk təhsilim Azərbaycan Dövlət İqtisad Universiteti -ixtisasım Avtomatlaşmış idarə etmə sistemləri olub. Müəyyən fasilədən sonra Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə ikinci ali təhsil almışam. Bir çox xarici dövtlərdən beynəlxalq kurslar almışam. Rasional Psixologiya İnstitutunun direktoru və professorlarından CBT, Oyun Terapiyası kurslarını almışam.
Amerikanın Albert Eillis İnstitutunun direktoru Dr.Kristene Doyle dən kurs almışam. MYK Eğitim Uzmanı,Ailə sosial yaşam danışmanı, Pedaqoq, Akademik yazar Leyla Aslanlı Gökməndən Ailə danışmanlığı, Eğitimçinin Eğitimi, Yaşam koçluğu kurslarını alaraq beynəlxalq dərəcəli sertikatlar əldə etmişəm.Art terapiya üzrə kurslar keçmişəm.
Azərbaycan , Türkiyə, Amerika və Rusiya dövlətlərindən seminarlara qatılaraq, savadımı daha da artırmağa , yeni biliklər əldə etməyə çalışıram.
Elm bir dəryadır, bu yolda arzularım sonsuzdur, daima inkişaf etmək hədəfim və uğurumdur.
Foctor’s Award 2022- Psixoloq,
Yılın En Başarılı Psixoterapisti, Peşəkar Terapist mükafatlarına layiq görülmüşəm.
Hal hazırda Beynəlxalq təlimçi olaraq fəaliyyət göstərirəm.Ailə uşaq psixoloqu kimi klinikada çalışıram.Amerika Psixoloqlar Assosiasiyasının rəsmi üzvüyəm.
Həm birinci , həm də ikinci ixtisaslarımı sevərək seçmişəm.