Loqoped Arzu Ağayeva auitzmdən danışdı

- Autizm nədir?
- Autizm spektr pozuntusu erkən uşaq dövründən özünü göstərir və ünsiyyət çətinliyi, nitq geriliyi, stereotip davranışlar, hətta özünə xəsarət yetirən davranışlar ilə xarakterizə olunu
- Bu xəstəliyin fonunda nə dayanır?
- Hazırda autizmlər üçün heç bir bioloji marker mövcud deyil. Alimlər hələ də səbəbini müəyyən edə bilmirlər.
- Daha çox hansı yaş qrupuna aid uşaqlarda rast gəlinir?
- Erkən uşaq autizm - 2 yaş
Uşaq auitzimi - 2-11yas
Yeniyetmə autimzi - 11-18 yaş
Autizm uşaqlar erkən yaşdan sonra çağıranda reaksiya vermirlər. İnana gözünə baxmır, tək oynayır, ünsiyyət qurmur, eyni hərəkətləri təkrarlayır, oxumağı-yazmağı bilmirlər.
- Diaqnozu necə qoyulur?
- Ən azından 5-6 hərəkət müşahidə olunursa, narahat olun: Göz təması qurmur;
Hərəkət təkrarlayır;
Sosial mühitə daxil ola bilmir;
Hiss və duyğularını ifadə edə bilmir;
Adına reaksiya vermir;
Öz ətrafında fırlanır;
İnkişafdan geri qalır.
- Müalicəsi necə aparılır?
- Autistlərdə müalicə həm psixoloji, həm də fiziki cəhətdən uzun, cətin bir prosessdir. Müalicə üçün dərmanlardan xəstəliklərlə yanaşı depressiya, diqqət əksikliyi olarsa, istifadə olunur. Sosial uyğunlaşma və psixiatriya autizmin əsas müalicəsidir. Öyrəndikləri bacarıqları hər gün təkrarlamaq lazımdır.
- Nəticələrinizi neçə müddətdən sonra əldə edirsiniz?
- Hər kəs invidual olduğu üçün nəticələrim fərqli müddətdə olur. Belə ki, sosial həyata adaptasiya olunur, sosiallaşır, ehtiyac və istəklərini ifadə edir. Özünü sərbəst şəkildə ifadə edir, normal məktəbə gedib, oxuyur.
- Autizmli uşaqlar hansı xarakterə malik olurlar?
- Autizm usaqlar fərqli olurlar. Özünə məxsus hərəkətləri olur. Əsas simptomları ümumi xarakter daşıyır. Sosial münasibətlərdə nitq, ünisyyətdə, psixi inkişafda pozğunluq və s.
Əlaqə nömrəsi: (055) 480 30 98