Bədən nöqtələri ilə müalicə mütəxəssisi Natiqə Mahmudova: "Stress bütün xəstəliklərin başlanğıcıdır"

- Natiqə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən həmişə insan orqanizmi barədə düşünmüşəm və maraqlanmışam. Biz enerjidən ibarətik. O enerji tükəndikdə xəstələnirik. Enerjinin də tükənməsi neqativlərin onurğada blokoj yaratması nəticəsində olur. Nəticədə biz xəstələnirik. Bütün bunlar mənim diqqətimi çəkdi və mən bu sahəyə gəlmək qərarına gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 23 ildi ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Biz əsasən bədən, enerji nöqtələrinin açılışı ilə məşğul oluruq. Bütün xəstəlikləri təbii yollarla müalicə edirik. İnsan bir dəfə gəlməklə bütün blokajlarını aça bilər. Buna da bir saat zaman lazımdır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Əsasən skoliroz, kifoz, osexonderoz və depressiya ilə bağlı müraciətlər çox olur.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə dürüst və səmimi olmaq əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Bəlkə də sinirli biriyəm (gülür).
- Nəyə "yox" deyirsiniz?
- Hərənin öz fikri var. Mənim "yox" dediyim heç nə yoxdur.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görərdiniz?
- Stressdən uzaq olsunlar. Stress bütün xəstəliklərin başlanğıcıdır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bilirdim ki, tanına bir adam olacağam. Amma Bakıya gəlib bu qədər uğur əldə edəcəyim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (055) 235 99 47