Həkim kosmetoloq İlkanə Niyazəliyeva: "Düzgün texnika ilə işləmək əsas iş prinsipimdir"
- İlkanə xanım, necə oldu ki, həkim oldunuz?
- Mən Moskva Tibb Universitetinin stomatologiya fakültəsini bitirmişəm. Amma uşaqlıqdan həvəsim kosmetologiyaya olub. Ona görə da bu sahəyə gəldim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Düzgün texnika ilə işləmək əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Üzə aid bütün kosmetoloji prosedurları icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Burun və dodaq dolğusu ilə bağlı daha çox müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Sadə, mehriban və gülərüz biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Bəzən pasient hansısa bir proseduru istəyir, amma mən onu yaraşdırmıramsa, etmirəm.
- Öz sahəniz üzrə sizi narahat edən nədir?
- Bəzi kosmetoloqların pasientləri yalnış maarifləndirmələri məni çox narahat edir.
-Özünüz-özünüzə hansısa bir prosedur icra edirsinizmi?
- Bəli, edirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Düzgün kosmetoloqlara müraciət etsinlər və kosmetoloji prosedurlardan aşırı dərəcədə istifadə etməsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu yerə qədər gəlib çıxaram.
Əlaqə nömrəsi: (055) 528 50 08